Previous Next
Bağla

Bu il Gənc İnformatiklər müsabiqəsində 600-dən çox şagird və tələbə iştirak edib

11-06-2010 00:37
Bu il Gənc İnformatiklər müsabiqəsində 600-dən çox şagird və tələbə iştirak edib

Sumqayıtda ali, orta-ixtisas və orta ümumtəhsil məktəblərinin şagird və tələbələri arasında keçirilən “Gənc informatiklər” müsabiqəsində iştirak etmək üçün bu il 600-dən çox şagird və tələbə ərizə ilə müraciət edib. Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin xeberler.az-a verdiyi məlumata ərizəçilərdən 242 nəfəri internet səhifələrin, 226-sı təqdimat işlərinin, 67-si bloqların hazırlanması üzrə müsabiqədə iştirak edib, 72 nəfər ibtiadi sinif şagirdi isə mətn yığıcılığı üzrə mübarizə aparıb.

Builki müsabiqədə Sumqayıt şəhər məktəbliləri və tələbələri ilə yanaşı, Abşeron, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından da şagirdlər iştirak edib. Müsabiqə istiqamətlərdən asılı olaraq, fərdi qaydada və komandalar arasında keçirilib.

Müsabiqənin məqsədi məktəblilərin və tələbələrin müasir informasiya və kommunikasiya texnologiyalarına marağını artırmaq və onların İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək, eləcə də tədris müəssisələrində İKT-nin tətbiqini stimullaşdırmaqdır. Sumqayıt şəhərində əsası 2008-ci ildə qoyulan bu müsabiqə artıq ənənəvi olaraq hər il keçirilir.

“Elektron təhsil” Respublika müsabiqəsinin tərkib hissəsi olan və “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən bu müsabiqəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, Bestcomp şirkəti və Qafqaz Universiteti təşkilati dəstək göstərirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalına az qaldı!

22-06-2010

Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı keçiriləcək

11-06-2010

“Gənc informatiklər” müsabiqəsində 400-dən çox şagird iştirak edəcək

17-04-2009

“Gənc İnformatiklər” müsabiqəsinin final mərasimi keçirilib

11-06-2010

Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı başa çatıb

24-06-2010

“Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı öz işinə başladı

23-06-2010

Gənc informatiklərə “Rəqəmsal dünya” təqdim olunacaq

19-06-2010

“Gənc İnformatiklər” müsabiqəsinə may ayının 16-da yekun vurulacaq

06-05-2009

Gənc informatiklərin mükafatlandırma mərasimi keçirilib

24-06-2009

“Elektron Təhsil” müsabiqəsində 113 layihə mübarizəni davam etdirəcək

30-05-2012

“Gənc informatik”lərə “Rəqəmsal dünya” təqdim olunacaq

24-04-2009

“Elektron Təhsil” Respublika müsabiqəsi başlayır

19-03-2012

“Gənc informatiklər”in saytı fəaliyyətə başladı

09-04-2009

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatdı

26-05-2010

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014

“Elektron Təhsil” Respublika müsabiqəsinə 230 layihə təqdim olunub

08-05-2013

“Elektron təhsil” start götürdü

02-04-2012

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirildi

10-06-2010

“Elektron Təhsil” Respublika musabiqəsinə start verildi

12-04-2011

“Nar Mobile” təhsil müsabiqələrinə dəstək verməyə davam edir

28-08-2013

“Elektron Təhsil” Respublika müsabiqəsinə 1092 lahiyə təqdim olunub

17-05-2012

“Gənc informatiklər” müsabiqəsinin final mərasimi keçirilib

08-06-2009

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi

06-04-2010

Sumqayıtda İKT-nin inkişafı məqsədi ilə seminar keçirilib

04-12-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə