Google axtarışlarına heyvan səsləri də əlavə edildi

09-03-2016 / 12:37

İstifadəçilərinə axtarış sistemində  daha yaxşı xidmət göstərmək üçün Google həmişə yeniliklər təqdim edir.

Şirkət bu dəfə daha fərqli, maraqlı xidmət istifadəyə verib. 

Xeberler.az-ın məlumatına görə, artıq Google-da müxtəlif növ  heyvan səslərini axtararaq dinləyə bilərsiniz.

Hazırda it, pişik, maral, meymun, hinduşqa, siçan kimi 19 fərqli heyvan səslərinin toplandığı Google-da bunların sayının artacağı gözlənilir.

Yeni xidmətdən istifadə etmək çox sadədir.

Belə ki, axtarış sistemində istədiyiniz heyvanın adını yazıb “səs” ( it, pişik) kəlməsini də əlavə etmək lazımdır.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə