Google yeni axtarış sistemini səssiz-səmirsiz istifadəyə təqdim edib.
Xeberler.az bildirir ki, yeni axtarış sisteminin yaradılması haqqında bilgiləri hələ də insanlar qavraya bilməyib.
Google-nin açıqladığı məlumatda göstərilib ki, “Caffeine, Bing-ə və ya digər rəqiblərə nümunə kimi yaradılmayıb”. Ancaq buna baxmayaraq, Google daha da inkişaf edir və yenilikləri Caffeine-də göstərmək istəyir. Caffeine, Google-nin inkişafda olan yeni distributividir. Məqsədi daha sürətli işləyən və daha yaxşı nəticələr tapan Google meydana gətirməkdir. Caffeine görünüşcə Google-dən fərqsizdir. Axtarış nəticələri də az qala eyni görünür. Caffeine-də Google-nin təməllərindəki ən əhəmiyyətli kodlar yenidən yazılmış və yazılmağa davam edir. Caffeine-də axtarış müddəti Google-dən fərqlənir.
Normal şəraitdə Google-dən 0.15 saniyəyə olan axtarış Caffeine-də 0.09 saniyəyə başa gəlir. Deməli, Google getdikcə dəyişməyə və inkişaf etməyə başlayıb. Caffeine-də addımbaddım izlənilən yeniliklər buna sübutdur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri