Google Gemini 2.5 Pro süni intellekt modelini istifadəyə verib

18-07-2025 / 07:57

Google ABŞ-dəki bütün istifadəçilər üçün süni intellektlə idarə olunan biznes zəngləri funksiyasını təqdim etdiyini açıqlayıb. Həmçinin, şirkət Google Axtarışının süni intellekt rejimində Gemini 2.5 Pro modelini aktivləşdirir və dərin tədqiqat imkanları əlavə edir.

Xeberler.az məlumat verir ki, yeni biznes zəngləri funksiyası istifadəçilər adından yerli müəssisələrə zəng edərək onların xidmətləri, qiymətləri və mövcudluğu haqqında məlumat toplayır. Məqsəd istifadəçilərin özü zəng etmədən lazımi məlumatlara asanlıqla çatmasını təmin etməkdir.

Xidmətdən istifadə etmək üçün “pet groomers near me” kimi axtarış etmək kifayətdir. Nəticələrdə “Have AI check pricing" seçimi görünür. Burada istifadəçidən heyvan növü, tələb olunan xidmət və vaxt barədə suallar soruşulur və müxtəlif müəssisələrin təklifləri təqdim olunur.

Google-un nümayəndəsi TechCrunch-a verdiyi açıqlamada, zənglərin başlanğıcında sistemin avtomatlaşdırılmış və Google üçün istifadəçi adından danışdığı bildirildiyini vurğulayıb. Qeyd edək ki, Google oxşar funksiyanı bir neçə il əvvəl təqdim etmiş, lakin istifadəçilərin insanla danışdıqlarını zənn etməsi ilə bağlı tənqidlərə məruz qalmışdı. O vaxtdan etibarən zənglərdə süni intellektin robot olduğu açıq şəkildə deyilir.

Biznes zəngləri funksiyası ABŞ-də bütün istifadəçilər üçün mərhələli şəkildə aktivləşdirilir. Google AI Pro və AI Ultra abunəçiləri üçün zəng limitləri artırılır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə