Google ilə digər axtarış sistemlərinin fərqi

19-08-2009 / 14:09

Google istifadəçiləri Microsoft və Yahoo-dan istifadə edənlərə görə iki qat daha çox axtarış edir.

Xeberler.az bildirir ki, ComScore-nin araşdırmalarına görə, bir Google istifadəçisi ayda ortalama 55 axtarış edir. Yahoo-dan istifadə edənlər 25 axtarışla kifayətlənir.

Microsoft-un yeni axtarış sistemi olan Bing-i seçən istifadəçilər isə bir ayda ortalama 14 axtarış edir.

Ekspertlərə görə, Yahoo-Microsoft ittifaqı Google-yə güclü rəqib ola bilmək üçün hazırda sahib olduqları yüzdə 28-dən ən az yüzdə 30-a çıxmalıdırlar. Ancaq ən birinci istifadəçilərinin ortalama axtarış sayını yüksəltməlidirlər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.