Məşhur türk sənətçisi Sərdar Ortacla "Google İNC" şirkəti arasında məhkəmə davası başlayıb.
Buna səbəb Sərdar Ortacın açdığı yeni saytdır. Musiqi kliplərini paylaşan və müğənninin adının baş hərflərini özündə birləşdirən "SORtube.com" saytı "Google"-nin qəzəbinə tuş gəlib. Şirkət belə hesab edir ki, müğənninin yeni saytının adı "Youtube"-yə oxşayır və buna görə də, patent hüququ əsasında məhkəmə iddiası qaldırıb.
Sərdar Ortac isə bu iddiaları əsasssız sayır.Müğənni bildirir ki, o, Türkiyə Patent İnstitutundan "sortube" adını marka kimi qeydiyyatdan keçirib və müəlliflik hüququ alıb.Müğənninin vəkili Əli Çavuşoğlu da Google-ni haqsız hesab edir. O bildirib ki, "tube" kəlməsi televiziya anlamına gəldiyi üçün hər kəs ondan istifadə edə bilər.
Google-nin iddiasıyla bağlı Türkiyə Patent İnstitutunun yaxın günlərdə qərar verəcəyi gözlənilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri