Google nəhayət ki patentinə tam sahib oldu

07-09-2009 / 14:06

Google-nin baş səhifəsi, internet aləmində bəlkə də ən çox tanınan dizayna malikdir. Son dərəcə sadə olan bu dizayn Google tərəfindən istifadə edilməyə başladıqdan sonra təqlid edildi.

Dizaynerlər Google-nin baş səhifəsinə oxşar saytlar hazırladılar. Google isə 4 ildir ki, öz dizaynını qorumaq üçün mübarizə aparır. Google 2004-cü ildə etdiyi müraciət ilə əslində incə hesablarla yaradılmış olan bu dizaynı qoruma altına almaq istəmişdir. Patentdə Google logosu və altındakı axtarış qutusu, iki ədəd düymə və ən altda isə şərh mətni hissəsi açıqca ifadə edilmişdir.

5 illik patent uğrunda aparılan mübarizə nəhayət ki sona yetdi və Google patenti üzərində tam hüquq əldə edə bildi. Bundan sonra Google-nin ana səhifəsinə bənzər səhifələr düzəldənlər istəyənlər qarşılarında Google-nin vəkillərini tapacaqlar.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.