Google xidmətlərini bir yerdə birləşdirən proqram hazırlanıb

02-12-2009 / 10:50

Google-nin istifadəçilərinə təqdim etdiyi köməkçi xidmətlərin sayı-hesabı yoxdur.

Xeberler.az-ın verdiyi məlumata görə, Google-ın birdən çox xidmətlərindən istifadə edənlər üçün GoogSysTray adlı proqram çıxardılıb.

Əgər siz də Google-nin birdən çox xidmətini istifadə edirsinizsə, tez-tez birindən o birisinə keçərək yeniliklərə nəzarət etmək vaxtınızı alırsa, bu proqram sizin köməyinizə gələcək. GoogSysTray proqramı ilə istifadə etdiyiniz xidmətləri tək bir yerdən idarə edə bilmə imkanınız olacaq.

Həm Windows, həm də Linux distributivlərində işləyən GoogSysTray-ı kompüterinizə yüklədikdən sonra ilk olaraq Google hesab məlumatlarınıza girmək lazımdır. Bundan sonra vasitə çubuğunda işə başlayan tətbiq sizin yerinizə sıx istifadə edilən bəzi Google xidmətlərinə avtomatik olaraq nəzarət edəcək.

GoogSysTray ilə Gmail hesabını idarə etməklə yanaşı, Google Reader hesabınız ilə də izlədiyiniz RSS –i asanlıqla görə biləssiz. Google Voice dəstəyi də olan proqram, Google Waves-i də idarə edə bilir.

Google-nin xidmətlərini bir yerdən idarə etmək istəyənlər GoogSysTray-ı bu linkdən yükləyə bilərlər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə