Nar və İrshad Electronics-dən yeni layihə

11-12-2015 / 15:25

Nar və Irshad Electronics yeni mobil telefon almaq istəyənlər üçün fürsət təqdim edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, yeni il kampaniyası çərçivəsində İrshad Electronics mağazalar şəbəkəsindən smartfon əldə edən şəxslər ilkin ödənişsiz, 12 ay müddətində hissə-hissə ödəmə fürsəti ilə Nar-dan pulsuz nömrə, 6 ay ərzində aylıq 50 manat bonus və pulsuz internet əldə etmiş olacaqlar.

Kampaniyadan yararlanıb mobil telefonları əldə etmək üçün Nar mobil operatorunun rəsmi tərəfdaşı olan İrshad Electronics mağazalarına müraciət etmək kifayətdir.

Telefonu əldə etdikdən sonra hədiyyə olunacaq pulsuz Nar nömrəsinə daxil olan aylıq 50 AZN şəbəkədaxili danışıq və 250 MB internet trafiki abunəçiyə 6 ay ərzində təqdim olunur. Bonusları yoxlamaq üçün *777#84#YES şifrəsini yığmaq kifayətdir. Qeyd edək ki, kampaniya çərçivəsində səsli zənglər 0 tarifinə əsasən hesablanır və bonuslar yalnız bu tarif daxilində aktivdir.

Dekabrın 1-dən 31-ə kimi aktiv olacaq kampaniya bütün smartfonları əhatə edir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə