Hesab.az-dan Qələbəmiz münasibətilə “2QAT Sevinc” kampaniyası

10-11-2020 / 19:26

Xeberler.az bildirir ki, Azərbaycanın Müzəffər Ordusunun qazandığı şanlı qələbə hər birimizin qəlbini sevinc və qürur hissi ilə doldurdu. Vətənimiz artıq, böyük həsrətdən sonra tam və bölünməzdir! Yenilməz Ordumuzun möhtəşəm qələbəsi münasibətiylə Hesab.az olaraq, xalqımızı təbrik edir, müqəddəs bayrağımızın daim ucalarda olmağını arzu edirik. Eyni zamanda qələbəmizin səbəbkarları olan şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə səbr arzu edirik. Yaralı əsgərlərimizə isə, Allahdan şəfa arzu edirik.

Bu tarixi Qələbə günündə Hesab.az da xalqımızın sevincinə daha bir sevinc qatmaq məqsədiylə “2QAT Sevinc” kampaniyasına başladı.

Bu təklif çərçivəsində Hesab.az-da qeydiyyatlı olaraq ödəniş edən bütün istifadəçilər 10-22 Noyabr tarixlərində etdikləri ödənişlər üçün iki qat Bonus yaxud Hesab Koin qazanacaqlar. Ətraflı: https://bit.ly/35dcRrA

Məlumat üçün bildirək ki, “Qazananlar Klubu” Hesab.az-ın sadiqlik proqramı çərçivəsində təqdim edilir və Hesab.az-da qeydiyyatlı olan yaxud yeni qeydiyyatdan keçən bütün istifadəçilər “Qazananlar Klubu”-na avtomatik qoşulurlar. Ödənişləri müqabilində bonuslar toplaya və ya seçimi dəyişərək Hesab Koin qazana bilirlər. “Qazananlar Klubu” çərçivəsində istifadəçilər qazandıqları bonusları “Dərhal dəyiş” bölməsində sərfəli kampaniya və endirimlərə dəyişə bilirlər və ya növbəti ödənişləri üçün istifadə edə biləcəkləri Hesab Koinlər qazanırlar.

“Qazananlar Klubu”-nun yaxşı tərəflərindən biri də odur ki, istifadəçilər Hesab.az-da seçimlərini hər zaman dəyişə bilərlər, lakin qazandıqları bonuslar və Hesab Koinlər bu dəyişiklikdən heç bir şəkildə təsirlənmir . Müştəri məmnuniyyətinin hər zaman ön planda olduğu Hesab.az, bu xüsusi təkliflə çətin günlərdə də, istifadəçilərinin yanındadır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə