Hesab.az mobil tətbiqi yeniləndi!  

25-08-2022 / 15:27

Azərbaycanda onlayn ödənişlər sahəsində bir ilk olan Hesab.az onlayn xidmətlər platforması 11 ildən çoxdur ki, bütün istifadəçilərini şəffaf və təhlükəsiz ödəniş imkanları ilə təmin edir.

Xeberler.az bildirir ki, başlıca məqsədi insanları ödəniş etmək üçün harasa getmək və növbələrdə vaxt itirməkdən azad etmək olan Hesab.az, bu məqsədlə daim təkmilləşir və istifadəçilərinə yeniliklər təqdim edir. Bu yeniliklərdən növbətisi, Hesab.az tətbiqinin yenilənmiş dizaynıdır. İstifadəçiyönümlü yanaşması ilə fərqlənən Hesab.az, son illər ərzində istifadəçi müraciətlərini nəzərə alaraq tətbiqi ən müasir və ən son trendlərə uyğun interfeyslə təqdim edir.

Bununla yanaşı olaraq, Hesab.az komandası, mobil tətbiqə yeni xidmətlər daxil etməklə istifadəçiləri sevindirməyi də unutmayıb. Belə ki, tətbiq üzərində artıq ABB üzərindən ƏDV Geri Al xidmətindən yararlanmaq da mümkündür.

Qeyd edək ki, bu münasibətlə Hesab.az-ın rəsmi İnstagram və Facebook səhifələrində müxtəlif dəyərli hədiyyə uduşlu müsabiqə start götürmüşdür.

Hesab.az-ın yenilənmiş mobil tətbiqini https://bit.ly/2N5hcUP yükləyin.

İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.