Azərbaycanda onlayn ödəmələr sahəsində ilk şirkət Goldenpay/Hesab.az onlayn xidmətlər platforması ilə Bakcell şirkəti istifadəçilərinə özəl kampaniya təqdim edir.
Xeberler.az bildirir ki, kampaniyaya 01-21 Avqust tarixləri arasında Hesab.az-da qeydiyyatlı şəkildə Bakcell ödənişi edən istifadəçilər qatılacaq və 2-QAT qazanacaqlar. Belə ki, kampaniyada iştirak etmək üçün istifadəçilər ödəniş zamanı “Ulduzum” kodunu daxil etməlidirlər. Bu zaman Hesab.az-ın “Qazananlar Klubu” loyallıq proqramına əsasən Hesab Koin toplayan istifadəçilər 2-QAT Koin, Bonus toplayan istifadəçilər isə, 2-QAT Bonus qazanacaqlar.
Hesab Koin, Hesab.az istifadəçilərinə “Qazananlar Klubu” loyallıq proqramının seçimlərindən biri olaraq təqdim olunur. Hesab Koinlərə “Dərhal dəyiş” bölməsində hədiyyə və endirimlər təklif olunur. Eyni zamanda ödənişlər qarşılığında qazanılan Hesab Koinlər AZN-ə dəyişdirilməklə müxtəlif ödənişlər üçün də sərf edilə bilər. “Qazananlar Klubu”-nun növbəti seçimi - Bonuslar isə, istifadəçilər tərəfindən müxtəlif kampaniya və endirimlərə dəyişdirilə bilər.
Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramlarından birini həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi yüzlərlə yerli və beynəlxalq tərəfdaşın satış və xidmət nöqtəsini özündə birləşdirir.
Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin və digər xidmətlərin ödənişi artıq daha sərfəlidir! Kampaniyadan faydalanmaq və daha ətraflı məlumat əldə etmək istəyənlər qaydalarla buradan tanış ola bilər.
Hesab Koinlər haqqında daha ətraflı.
İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri