“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq

01-12-2008 / 13:36

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib. Treninqdə  jurnalist-tələbələr və müxtəlif KİV-lərdə  çalışan jurnalistlər iştirak edib.

RİTN-in Tədris Mərkəzində təşkil olunan bu Treninqdə İREX -Media  qurumunun əməkdaşı, media  üzrə ekspert Ələsgər Məmmədli  "İnformasiya əldə etmək hüququ" mövzusunda , XƏZƏR TV -nin əməkdaşı, ekspert Qulu Məhərrəmli "Kommunikasiya münasibətlərinin müasir informasiya  cəmiyyətində rolu"  mövzularında   jurnalistlər  qarşısında çıxış ediblər.  Onların  təqdimatları jurnalistlər tərəfindən xeyli maraqla qarşılanıb. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Layihə çərçivəsində  cari ilin sonunadək  keçirilməsi  nəzərdə tutulan treninqlərdə  jurnalistlər üçün  “İnformasiya azadlığı və yeni texnologiyaların bu sahədə rolu ”,  “İnternet Jurnalistika”  və s. mövzularda məşğələlər təşkil olunacaq.

Məlumat  verildiyi kimi  “İnformasiya cəmiyyətinin jurnalisti” Layihəsi çərçivəsində informasiya cəmiyyəti  sahəsində yazan ən yaxşı jurnalistlərin və KİV–lərin  müsabiqəsi də  keçirilir. Hazırda Müsabiqə qaydalarına  uyğun olaraq materialların təqdim olunması  davam edir.

Əsas  məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna  dəstək  vermək, İnformasiya  Cəmiyyəti ideyasını, İT-dən  cəmiyyətin bütün sahələrində istifadə  edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarət olan Layihə RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə iştirakı ilə gerçəkləşdirilir.
Geniş məlumat : www.cit.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə