“İnformatika” dərsliyinə kibercinayətkarlığa həsr olunmuş bir dərs daxil edilib

24-11-2009 / 19:39

Azərbaycan Təhsil Nazirliyi bu il 10-cu sinif şagirdləri üçün nəzərdə tutulmuş “İnformatika” dərsliyinə kibercinayətkarlığa həsr olunmuş bir dərs daxil edilib.

Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıxovun “APA-ECONOMICS”ə verdiyi məlumata görə, bu dərsdə piratçılıq, hakerlik və kibercinayətkarlığın digər növləri haqda ətraflı məlumatlar təqdim edilib. Bununla yanaşı, bu ilin sonuna kimi bütün Bakı məktəblərinin Təhsil Nazirliyinin nəzdində yaradılmış data-mərkəzinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, məktəblər üçün mərkəzləşdirilmiş internet şəbəkəsinin data mərkəzinin yaradılması Azərbaycanda məktəblərin informasiyalaşdırması üzrə II Dövlət Proqramı çərçivəsində baş tutub. Hazırda bir sıra məktəb bu şəbəkəyə qoşulub, ilkin mərhələdə Bakı və Sumqayıtda yerləşən 400 məktəb yeni data mərkəzi üzərindən internetə çıxışla təmin ediləcək. Ümumilikdə isə 2012-ci ilədək ölkənin bütün məktəblərin bu şəbəkəyə qoşulacağı gözlənilir.

İ.Sadıxovun sözlərinə görə, bu prosesə paralel olaraq məktəblərin istifadə etdikləri internet şəbəkəsində arzuolunmaz internet kontentinə çıxışı məhdudlaşdırmaq məqsədilə Filtrasiya Şurası bu cür saytların siyahısını tutub və məktəb kompüterlərindən bu saytlara çıxış filtrasiya sistemi vasitəsilə bloklaşdırılacaq.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.