“İntel” məktəblərə min noutbuk hədiyyə verəcək

15-12-2008 / 16:06

   Korporasiya yeni layihənin icrasına başlayır . “İntel” korporasiyası Azərbaycanda 2009-cu ildən “Bir şagird, bir kompyuter” layihəsinin icrasına başlayacaq. Bu barədə Azərbaycan İnternet Forumundan Lent.az-a məlumat verilib.

   Layihə çərçivəsində ilkin olaraq ayrı-ayrı məktəblərdə seçilən siniflərə min kompyuter (noutbuk) hədiyyə edilməsi nəzərdə tutulur.

   “Intel” təhsilin informasiyalaşdırılması ilə bağlı Azərbaycan, Ukrayna və Rusiyada bir sıra layihələr həyata keçirib, əsasən müəllimlərin informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsi üçün treninqlər təşkil edib.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə