iPhone üçün yeni aksesuar-Bluetooth üzük

13-10-2009 / 11:24

iPhone hazırda dünyada ən çox istifadə edilən cihazlardan biridir. Ən çox aksesuarlar da elə iPhone üçün hazırlanır.

Növbəti iRing adlı iPhone aksesuarı da istifadəçilərin diqqətini çəkəcək. Kənardan baxanda sadə üzük formasında görünən aksesuarı kənardan idarə etmək mümkündür. İçərisində USB vasitəsilə şarj edilə bilən batareya var.

Bu kiçik cihazın batareya ömrü 12 saatdır. iRing Bluetooth üzərindən iPod və ya iPhone-ni idarə edə bilmənizi təmin edir, müxtəlif musiqi çalar funksiyalarını idarə edə bilir. 3 fərqli həssas düymə ilə əvvəlki və sonrakı musiqi, dayandır, səsi aç və bağla kimi funksiyaları icra etmək mümkündür.

iRing xüsusi bir kilidləmə funksiyasıyla barmağınıza tam olaraq oturur. iPhone aksesuarının qiyməti haqqında hələlik məlumat verilmir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə