Apple iOS 9.2 versiyasını istifadəyə verdi

09-12-2015 / 12:04

Apple-ın mobil istifadəyə təqdim etdiyi iOS 9.2-nin beta versiyası iOS 9 proqramına uyğun bütün cihazlarda istifadəyə təqdim edilib.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, proqrama siyahı daxil etmə, offlayn rejimdə məlumat əlavə olunma və Apple Music üçün musiqi bölməsində bir sıra yeniliklər edilib.

Proqram daxilində News tətbiqi üçün isə Top Stories bölməsi açılıb. Beləcə, istifadəçi bu tətbiq üzərindən günün ən əhəmiyyətli xəbərlərini tək bir nöqtədən izləyə biləcək.

Apple Mail Drop xüsusiyyətini də bu versiya vasitəsilə istifadəyə verib.

İstifadəçi proqram vasitəsilə iCloud üzərindən musiqi arxivini yükləmək imkanına malikdir.

iOS 9.2-nin beta versiyası iPhone 4S, iPhone 5, iPhone 5C, iPhone 5S, iPhone 6, iPhone 6 Plus, iPhone 6S və iPhone 6S olaraq telefonlara, iPad 2, iPad 3, iPad 4, iPad Air , iPad Air 2, iPad Pro, iPad Mini, iPad Mini 2 və iPad Mini 3 planşetlərinə və iPod Touch 5 və iPod Touch 6 cihazlarında istifadə edilə bilər.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.