Previous Next
Bağla

İran daxili internet şəbəkəsi yaradacaq

14-01-2026 20:19
İran daxili internet şəbəkəsi yaradacaq

İran hakimiyyəti ölkə daxilində məhdud sayda saytlara çıxışı olan daxili internet şəbəkəsi yaratmağı planlaşdırır.

Xeberler.az bildirir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, İranın dövlət informasiya agentliyi IRIB yaxın vaxtlarda ölkədə əlçatan olacaq bütün internet saytlarının siyahısını dərc edib. Siyahıya daxili axtarış sistemləri, xəritə və naviqasiya xidmətləri, mesajlaşma tətbiqləri, eləcə də yalnız dövlət tərəfindən təsdiqlənmiş videoların yer aldığı — İran versiyası sayılan daxili striminq platforması daxil edilib.

Nəşrdə qeyd edilib ki, bu addımlar İranın “milli internet” adlandırılan və hökumət tərəfindən idarə olunan, xarici dünya ilə əlaqəsi minimum olan bir şəbəkə qurmaq istiqamətində ciddi səylər göstərdiyini ortaya qoyur.

Bildirilir ki, bu sistem üçün ən kritik alternativ çıxış yolu son iki il ərzində gizli şəkildə ölkəyə gətirilmiş Starlink terminallarıdır. Minlərlə aşağı orbit peyki vasitəsilə internetə çıxış imkanı yaradan bu qurğulardan istifadə edən şəxslər ciddi təhlükə ilə üzləşə bilər.

Qeyd edək ki, İranda etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonunda milli valyuta — İran rialının kəskin dəyərdən düşməsi fonunda başlayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İranda Instagram məhdudiyyəti aradan qaldırılıb

07-01-2018

İranda internet məhdudiyyətlərinin səbəbi açıqlanıb

27-04-2026

İranda internet kəsintisi 1000 saatdan çoxdur davam edir

11-04-2026

İranda internet senzura davam edir

07-11-2010

İran Starlink peyk internetini bloklayan ilk ölkədir

13-01-2026

İran qlobal şəbəkədən ayrılır

10-04-2012

İran Fars körfəzi ölkələrinin "Starlink" stansiyalarına hücum etməyə hazırdır

01-04-2026

İranda internet qorxusu yaşanır

13-02-2011

"X" İran bayrağı emojisini dəyişib

12-01-2026

”SpaceX” İranda ”Starlink”i pulsuz edib

14-01-2026

İran internetə qoyulan məhdudiyyətləri aradan qaldırır

26-01-2026

Twitter bir neçə İran hesabını əngəlləyib

22-07-2019

SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq

13-05-2026

İran hava məkanını açıb

24-06-2025

İran kosmosa ilk peykini buraxıb

03-02-2009

İranın “Ümid” peyki kosmosda öz funksiyasını sona çatdırıb

19-03-2009

İranda 51 gündür internet yoxdur

20-04-2026

İran dövlət televiziyası fəaliyyətini bərpa edib

17-06-2025

İran saytlarına Azərbaycandan giriş məhdudlaşdırılıb

05-11-2009

İranda "Starlink" vasitəsilə casusluqda şübhəli bilinən şəxslər saxlanılıb

28-04-2026

Bu ölkədə də kriptovalyuta qadağan olundu

24-04-2018

"X" Xaməneinin səhifəsini bağlayıb

28-10-2024

İranda Süni İntellekt Mərkəzi yaradılır

29-10-2025

İran “milli internet” şəbəkəsinə qoşulur

05-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə