Previous Next
Bağla

SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq

13-05-2026 21:07
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq

İranın Prezident ofisindən bildirilib ki, ölkədə beynəlxalq internet bərpa olunacaq.

Xeberler.az bildirir ki, bu barədə məlumat Prezident ofisinə istinadən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında yayılıb.

"Məhdudiyyətlər müharibə dövrünün təhlükəsizlik mülahizələri ilə bağlıdır", - məlumatda bildirilib və əlavə olunub ki, hökumət beynəlxalq internet məhdudiyyətlərini daimi etmək niyyətində deyil.

Qeyd edilib ki, tətbiq edilən məhdudiyyətlər texniki, təhlükəsizlik və hərbi təhlükəsizliklə şərtlənir:

"Bir çox ictimai xidmətlər kimi, internetə çıxış vətəndaşların təbii hüququdur və hökumət əhalini bundan məhrum etmək niyyətində deyil, lakin xüsusi və fövqəladə şəraitdə ölkənin təhlükəsizlik məsələsi bir çox digər sahələrdən prioritet təşkil edir".

Qeyd edək ki, Beynəlxalq internet monitorinq xidmətlərinin (NetBlocks) məlumatına görə, İranda beynəlxalq internetə çıxış 75 gündür tamamilə dayandırılıb. Bu kəsinti dünya üzrə qeydə alınan ən uzunmüddətli internet məhdudiyyətidir. Səbəb kimi 2025-ci ilin 28 dekabrında başlayan etirazlar və 2026-cı ilin 28 fevralında ABŞ ilə İsrailin İrana 40 gün davam edən hücumları göstərilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə hava zərbələri endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, sonradan Ağ Ev rəhbəri Donald Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11–12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Müzakirələr nəticəsiz qalıb.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün bağlandığını bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İranda internet məhdudiyyətlərinin səbəbi açıqlanıb

27-04-2026

İran Fars körfəzi ölkələrinin "Starlink" stansiyalarına hücum etməyə hazırdır

01-04-2026

İranda internet kəsintisi 1000 saatdan çoxdur davam edir

11-04-2026

İranda 51 gündür internet yoxdur

20-04-2026

İsrail hakerləri: İranın “SEPAH” bankına kiberhücum etmişik

17-06-2025

İranda internetə çıxış yanvarın 23-dək bərpa ediləcək

19-01-2026

”SpaceX” İranda ”Starlink”i pulsuz edib

14-01-2026

İranda bir həftədir internet yoxdur

16-01-2026

İranda iki bankın informasiya sistemlərinə kiberhücumlar olub

19-06-2025

İran hava məkanını açıb

24-06-2025

SEPAH Dubayda "Oracle" şirkətinin data mərkəzinə zərbə endirib

03-04-2026

İran Starlink peyk internetini bloklayan ilk ölkədir

13-01-2026

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

İran qlobal şəbəkədən ayrılır

10-04-2012

İran internetə qoyulan məhdudiyyətləri aradan qaldırır

26-01-2026

“Meta” iranlı hakerlərin ABŞ rəsmilərinin hesablarını sındırmaq istədiklərini bildirib

24-08-2024

İran daxili internet şəbəkəsi yaradacaq

14-01-2026

İranda internetə çıxış tam bərpa edilib

25-06-2025

Əbu-Dabi ABŞ-dan süni intellekt çiplərini alacaq

17-05-2025

İran dövlət televiziyası fəaliyyətini bərpa edib

17-06-2025

İranda KİV nümayəndələrinə təzyiqlər səngimək bilmir

23-06-2009

Azərbaycanı internetsiz qoyan Amerika olub ?

30-08-2019

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022

"X" İran bayrağı emojisini dəyişib

12-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə