Previous Next
Bağla

İran Starlink peyk internetini bloklayan ilk ölkədir

13-01-2026 11:36
İran Starlink peyk internetini bloklayan ilk ölkədir

Starlink peyk interneti üçün nəzərdə tutulan qəbuledici qurğular İrana qeyri-qanuni yollarla daxil edildiyinə görə, İran hakimiyyəti bu xidməti rəsmi olaraq tanımır və onun istifadəsini qanunsuz hesab edir.

Xeberler.az Beynəlxalq müşahidəçi qurumların və media mənbələrinin məlumatına əsasən bildirir ki, son günlər ölkədə tətbiq edilən genişmiqyaslı internet blokadası zamanı Starlink bağlantılarının da ciddi şəkildə məhdudlaşdırıldığı müşahidə olunub. Bildirilir ki, əvvəlcə peyk internet trafikinin təxminən 30 faizi kəsilib, bir neçə saat ərzində isə bu göstərici 80 faizdən yuxarı qalxıb.

Ekspertlər hesab edir ki, İran peyk internetini hərbi radioelektron maneə (jammer) texnologiyaları vasitəsilə bloklamağa nail olub. Bu baxımdan İran Starlink kimi qlobal peyk internet xidmətini faktiki olaraq sıradan çıxara bilən ilk ölkə kimi qiymətləndirilir.

Məlumatlara görə, Starlink xüsusilə etiraz aksiyaları zamanı hökumət tərəfindən bloklanan adi internetə alternativ rabitə vasitəsi kimi istifadə olunurdu. Lakin GPS siqnallarının pozulması və peyk terminallarına yönəlik texniki müdaxilə nəticəsində bağlantı bir çox bölgədə ya tamamilə kəsilib, ya da qeyri-sabit hala düşüb.

Qeyd edək ki, Rəsmi Tehran məsələ ilə bağlı hələlik açıqlama verməyib. Starlink şirkəti də yayılan iddialara münasibət bildirməyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İran Fars körfəzi ölkələrinin "Starlink" stansiyalarına hücum etməyə hazırdır

01-04-2026

Nazir Rəşad Nəbiyev “Starlink”in nümayəndəsi ilə görüşüb

21-08-2024

“Starlink” internet servisi bu tarixdən Azərbaycanda əlçatan olacaq

16-05-2022

“Starlink” internet şəbəkəsində nasazlıq yaranıb

15-09-2025

”SpaceX” İranda ”Starlink”i pulsuz edib

14-01-2026

“Starlink” peyk rabitə sistemindəki nasazlığın səbəbi açıqlanıb

25-07-2025

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

Ermənistan 300-dən çox "Starlink" terminalı idxal edib

16-02-2026

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

05-06-2025

"Starlink" 2026-cı ildən Qazaxıstanda fəaliyyətə başlayacaq

23-12-2025

İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib

29-03-2025

Starlink və Beeline Qazaxıstanda peyk mobil rabitə xidməti göstərəcək

07-11-2025

İranda "Starlink" vasitəsilə casusluqda şübhəli bilinən şəxslər saxlanılıb

28-04-2026

“Starlink” Qətərdə istifadəyə verilib

08-07-2025

Aİ “Eutelsat" və SES-dən Ukrayna üçün alternativ olmağı xahiş edib

26-03-2025

Starlink və Azərbaycan peyk internetinin işə salınması barədə danışıqlar aparır

07-06-2023

Ukrayna Polşa ilə "Starlink"in ödənişi barədə danışıqlara başlayıb

26-08-2025

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb

29-03-2025

İlon Mask Ukraynanı “Starlink” peykindən ayırmayacaq

10-03-2025

“Starlink”də problem yaranıb

19-08-2025

Starlink Venesuelada pulsuz internet xidməti təqdim edir

05-01-2026

“SpaceX”in “Starlink”i 4 milyon müştəriyə çatdı

27-09-2024

Emirates təyyarələrində Starlink interneti təqdim olunacaq

18-11-2025

“SpaceX”ın prezidenti: “Starlink” internet xidməti Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək”

09-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə