Previous Next
Bağla

Starlink Venesuelada pulsuz internet xidməti təqdim edir

05-01-2026 15:55
Starlink Venesuelada pulsuz internet xidməti təqdim edir

SpaceX şirkətinə məxsus Starlink peyk internet xidməti Venesuelada istifadəçilərə müvəqqəti olaraq pulsuz internet təqdim etməyə başlayıb. Bu addım ABŞ qüvvələrinin ölkə prezidenti Nikolas Maduronun saxlanılması ilə nəticələnən hərbi əməliyyatından sonra atılıb.

Xeberler.az CNBC-yə istinadən məlumat verir ki, əməliyyatdan sonra paytaxt Karakas da daxil olmaqla bir sıra bölgələrdə elektrik enerjisi və internet bağlantısı kəsilib.

Starlink bildirib ki, əsas məqsəd “Venesuela xalqını dəstəkləmək üçün yeni və mövcud istifadəçilərin bağlantısını təmin etməkdir”. Hazırda xidmət rəsmi olaraq ölkədə fəaliyyət göstərməsə də, Starlink fevralın 3-dək Venesueladakı aktiv hesablar üçün avtomatik xidmət kreditləri tətbiq edir. Xidmətini dayandırmış və ya ləğv etmiş, lakin Starlink avadanlığına sahib olan istifadəçilər də hesablarını əlavə ödəniş etmədən yenidən aktivləşdirə bilərlər.

Şirkət qeyd edib ki, lazımi avadanlığı olmayan şəxslər hazırda bu imkandan yararlana bilməyəcək. Starlink vəziyyəti və tənzimləyici tələbləri izlədiyini, xidmətin rəsmi satış tarixi ilə bağlı yeniliklərin rəsmi kanallar vasitəsilə açıqlanacağını bildirib. Qeyd edək ki, SpaceX oxşar addımı 2022-ci ildə Rusiyanın işğalından sonra Ukraynada da atmışdı.

Xatırladaq ki, ABŞ qüvvələri şənbə günü həyata keçirdiyi hava zərbələri və quru əməliyyatı nəticəsində Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresi saxlayıb. Onlara narkoterrorizm və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar irəli sürülüb. Venesuela Ali Məhkəməsi Maduronun yoxluğunda Delcy Rodrigesi müvəqqəti prezident təyin edib. ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, ölkədə “qanuni hakimiyyət formalaşanadək” prosesə nəzarət ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Starlink” internet servisi bu tarixdən Azərbaycanda əlçatan olacaq

16-05-2022

”SpaceX” İranda ”Starlink”i pulsuz edib

14-01-2026

“Starlink” internet şəbəkəsində nasazlıq yaranıb

15-09-2025

İran Starlink peyk internetini bloklayan ilk ölkədir

13-01-2026

“SpaceX”in “Starlink”i 4 milyon müştəriyə çatdı

27-09-2024

"SpaceX" 29 ədəd "Starlink" mini peykini orbitə çıxarıb

19-01-2026

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

05-06-2025

“Starlink”də problem yaranıb

19-08-2025

“SpaceX”ın prezidenti: “Starlink” internet xidməti Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək”

09-05-2023

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb

29-03-2025

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

“SpaceX” “Starlink” internet peyklərinin 15-ci partiyasını orbitə buraxıb

11-05-2023

İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib

29-03-2025

“Starlink” peyk rabitə sistemindəki nasazlığın səbəbi açıqlanıb

25-07-2025

“Starlink"in Azərbaycan üçün öncədən sifariş qiyməti açıqlanıb

15-05-2023

“Starlink” peyk xidmətlərinin Azərbaycanda nə vaxt aktivləşəcəyi məlum olub

18-05-2023

İlon Mask "Starlink Azerbaijan"ın rəhbərinə yeni vəzifə verib

27-03-2023

"SpaceX"in raketi "Starlink"in bir qrupu ilə orbitə çıxıb

05-12-2025

“Starlink”in daha 26 internet peyki orbitə çıxarılıb

16-05-2025

“SpaceX” 22 ədəd “Starlink” mini peykini orbitə çıxarıb

02-02-2025

İlon Mask Ukraynanı “Starlink” peykindən ayırmayacaq

10-03-2025

“Starlink” Qətərdə istifadəyə verilib

08-07-2025

“Starlink” peyklərinin növbəti partiyası orbitə çıxarılacaq

25-08-2023

Pentaqon “SpaceX” ilə müqavilələr imzalayıb

07-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə