Previous Next
Bağla

İranla əməkdaşlıq imkanları müzakirə edilib

06-08-2015 16:45
İranla əməkdaşlıq imkanları müzakirə edilib

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov avqustun 4-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə İran İslam Respublikasına səfər etmiş nümayəndə heyətinin tərkibində iştirak edib.

Xəbərlər-in verdiyi məlumata görə, müavin İranın müvafiq təsisatlarında görüşlər keçirib.

Azərbaycan nümayəndə heyətinin səfəri ölkəmizin İrandakı səfirliyi və İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil edilməklə yanaşı, İran tərəfinin RYTN-ə mövcud dəvəti əsasında müxtəlif təsisatlarda görüşlər keçirilib.

İlk olaraq nazir Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyətinin bir neçə üzvü İran prezidenti Həsən Ruhani tərəfindən qəbul edilib, son illər ərzində ölkələrimiz arasında mövcud əməkdaşlığın inkişafı və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində geniş tərkibli görüş keçirilib, səfərin məqsədləri və gözlənilən nəticələr barədə müzakirələr aparılıb.

İ.Məmmədov səfər çərçivəsində İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini və Telekommunikasiya İnfrastrukturu Şirkətinin (TİŞ) icraçı direktoru cənab Xosravinin dəvəti ilə TİŞ-i ziyarət edib, müxtəlif telekommunikasiya xidmətləri təqdim edən LCD şirkətinin fəaliyyəti ilə tanış olub, eyni zamanda cənab Xosravi ilə ikitərəfli görüşdə hər iki ölkənin müvafiq təsisatları arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək fəaliyyət imkanlarına dair danışıqlar aparılıb.

Qarşı tərəfin təklifinə əsasən, növbəti görüş zamanı İranın Pardis Texnologiya Parkı, o cümlədən eFarah şirkəti ziyarət edilib, texnopark rəhbərliyi ilə keçirilmiş ikitərəfli görüşdə aparılmış müzakirələr zamanı iki ölkənin müvafiq təsisatları arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib, Azərbaycan nümayəndə heyətinin Inotex – 2015 beynəlxalq sərgisində iştirakı qarşı tərəfdən yüksək qiymətləndirilib. Əlaqələrin davamı olaraq bu il keçiriləcək “Bakutel 2015” sərgi-konfransında İran şirkətlərinin fəal iştirakına dair razılıq əldə olunub.

İran Teleradio Yayım Təşkilatında keçirilmiş görüş zamanı yayım, tezliklərin tənzimlənməsi, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, endirimli şərtlərlə avadanlıqların alınması və istismarı kimi məsələlər müzakirə olunub, təşkilatın ərazisində fəaliyyət göstərən peyk idarəetmə mərkəzinə baxış keçirilib. İran tərəfi Azərbaycan Respublikasının müvafiq qurumu tərəfindən istismar olunan peyklərin xidmətlərindən istifadə etmək niyyətində olduğunu bildirib, məsələ ilə əlaqədar qarşı tərəfə -Azərkosmos ASC-yə müraciət olunması tövsiyə edilib.

Günün sonunda Azərbaycan nümayəndə heyətinin səfərinin nəticələrinə dair iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri M.Vaezinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibli yekun iclası təşkil edilib. İclasda gün ərzində keçirilmiş görüşlər, aparılmış danışıqlar və əldə olunmuş nəticələr barədə məlumat mübadiləsi həyata keçirilib, əlaqələrin gələcək inkişaf perspektivləri müəyyənləşdirilib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

03-08-2016

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019

Azərbaycan və İran arasında nəqliyyat sahəsi ilə bağlı məsələlər müzakirə edilib

08-12-2021

İranla İT avadanlıqlarının istehsalına başlanılır

11-06-2015

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib

21-04-2016

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

29-11-2016

Prezident İranın Rabitə və İnformasiya Texnologiyaları nazirini qəbul edib

04-12-2019

İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

05-11-2018

İranın Rabitə və informasiya texnologiyaları naziri Bakıya gəlir

01-08-2016

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019

Nazir iranlı həmkarı ilə görüşüb

02-08-2016

İKT əməkdaşlığına dair müzakirələr aparılıb

18-05-2019

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

27-12-2016

İran Azərkosmos-un peyk xidmətlərindən istifadə etmək istəyir

09-08-2015

“Azərspace-1” üzərindən yeni kanal yayımlanacaq

13-05-2015

Azərbaycan və İran peyk layihəsi ilə bağlı müzakirələr aparır

22-07-2019

İranla İKT sahəsində əməkdaşlıq müzakirə olunub

22-04-2016

Azərbaycan və İran müştərək teleradio komitəsinin yaradılmasını müzakirə edəcək

11-05-2015

Nazir İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

18-11-2025

İranla İKT sahələrində müzakirələr olunub

31-07-2018

Beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

05-07-2018

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

Nazir:“Azərbaycan poçt üzrə tranzit ölkəsi olmaq niyyətindədir”

18-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə