Previous Next
Bağla

Prezident İranın Rabitə və İnformasiya Texnologiyaları nazirini qəbul edib

04-12-2019 10:56
Prezident İranın Rabitə və İnformasiya Texnologiyaları nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xeberler.az bildirir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam. Şadam ki, İran sərgidə yüksək səviyyədə - nazir səviyyəsində iştirak edir. Keçən dəfə də sərgi günlərində sizinlə görüşmüşəm. Əminəm ki, bütün sahələrdə olduğu kimi, rəhbərlik etdiyiniz sahədə də əməkdaşlığımızın gələcəyi çox yaxşı olacaq.

Bildiyiniz kimi, oktyabrın sonunda Prezident Ruhani ilə mənim görüşüm olub. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Son bir neçə il ərzində 10-dan çox görüş oldu. Onların hamısı da çox məhsuldar idi. Bir çox məsələlər öz həllini tapdı. Şadam ki, əldə edilmiş razılaşmalar həyatda öz əksini tapır.

Bu gün bizim Baş Nazirin müavini Şahin Mustafayev İranda səfərdədir və gələcək əməkdaşlıq haqqında danışıqlar aparacaq. Əlbəttə, baxmayaraq ki, bir çox məsələlər artıq reallaşıb, yenə də həllini gözləyən məsələlər var. Əminəm ki, onlar da öz həllini tapacaq. Son illərdə, xüsusilə nəqliyyat, energetika, ticarət sahələrində çox yaxşı nəticələr əldə etdik. Eyni zamanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu da tarixi nailiyyətdir. Bir sözlə, ikitərəfli gündəlik kifayət qədər genişdir. Bu il ikitərəfli əlaqələr üçün çox məhsuldar il olmuşdur. Əminəm ki, 2020-ci il də əməkdaşlıq üçün uğurlu olacaq. Bir daha xoş gəlmisiniz.

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Nazir Məhəmməd Cavad Azəri Cəhromi deyib:

- Allahın adı ilə. Mən çox şadam ki, bu il yenidən bu sərgi çərçivəsində, Azərbaycana səfərim çərçivəsində Sizinlə görüşürəm. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Bu günlərdə bizim ölkədə büdcə müzakirələri gedir. Mən səhər-axşam büdcə müzakirələrində, iclaslarda iştirak edirəm. Dünən axşam cənab Prezident doktor Ruhani ilə danışırdım. Ona dedim ki, mən Azərbaycana səfər edirəm və Sizə xüsusi salamlarını çatdırdı. Cənab Şahin Mustafayev ilə də biz dünən axşam aeroportda görüşdük və on dəqiqəlik söhbətləşdik, müzakirələr apardıq.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

03-08-2016

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinə “Dostluq” ordeni təqdim edib

21-04-2016

İranın rabitə və informasiya texnologiyaları naziri Bakıdadır

05-12-2017

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

27-12-2016

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

29-11-2016

İranın Rabitə və informasiya texnologiyaları naziri Bakıya gəlir

01-08-2016

İranla əməkdaşlıq imkanları müzakirə edilib

06-08-2015

Jurnalistlər üçün internet pulsuz olacaq

08-08-2019

Bu il üç ölkənin rabitə naziri Bakıya gələcək

25-11-2019

İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

17-03-2017

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

26-10-2023

“İran və Azərbaycan arasında rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli komissiyalar yaradılacaq”

19-02-2011

İranla İKT sahələrində müzakirələr olunub

31-07-2018

Azərbaycanda ilk dəfə: Nazir spiker kimi çıxış edəcək

23-11-2018

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019

Nazirlər arasında saziş imzalanıb

17-07-2019

Azərbaycan prezidenti İranın informasiya texnologiyaları və kommunikasiya nazirini qəbul edib

17-02-2011

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019

“Azərspace-1” üzərindən yeni kanal yayımlanacaq

13-05-2015

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gəlir

04-11-2019

RYTN ilə İran arasında əməkdaşlıq memorandumu təsdiq edilib

05-10-2016

İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

05-11-2018

Baş nazir: “ASAN xidmət”in yaradılması İlham Əliyevin dəstəyi ilə mümkün olub

15-01-2026

İran Azərbaycan vasitəsilə beynəlxalq trafik nöqtələrinə qoşula bilər

11-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə