Previous Next
Bağla

Nazir Ramin Quluzadə İranda səfərdədir

19-07-2019 10:00
Nazir Ramin Quluzadə İranda səfərdədir

Xeberler.az bildirir ki, iyulun 18-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 25-ci Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (“Elecomp – 2019”) sərgisi işə başlayıb.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə İrana səfər edən nümayəndə heyətimiz sərginin açılış mərasimində iştirak edib. Ölkəmiz “ELECOMP – 2019”-da yerli texnologiya şirkətlərinin innovativ məhsul və həllərinin nümayiş edildiyi Milli Pavilyonla təmsil olunur. Azərbaycan, İran, İraq və Qətərin sahəvi nazirlərinin iştirakı ilə təşkil olunmuş VIP tur çərçivəsində yüksək səviyyəli rəsmilər Milli Pavilyonumuzu ziyarət ediblər.

Rəsmilərə, yerli İKT şirkətlərinə, eləcə də ziyarətçilərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin yüksək texnologiyalar sahəsindəki fəaliyyəti, gələcək planları və ölkədə mövcud olan innovasiya ekosistemi barədə məlumat verilib. Həmçinin, poçt sahəsi üzrə fəaliyyət, “Şəbəkə” layihəsi və bulud xidmətləri haqqında geniş məlumat təqdim olunub.

Səfər çərçivəsində Azərbaycan, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin dördtərəfli görüşü keçirilib. Görüşdə innovasiyalar və İKT sektorunda çoxtərəfli formatda əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. İnnovativ startaplar və İKT şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkili qərara alınıb.

Həmçinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi və Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami, o cümlədən Rusiya Federasiyasının Rəqəmsal İqtisadiyyat, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Konstantin Noskov arasında keçirilmiş ikitərəfli görüşlərdə müvafiq sahədə qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

Nümayəndə heyətimiz İranla Azərbaycan arasında yüksək keyfiyyətli rabitənin təmin edilməsi, İrandan Azərbaycana giriş trafiki həcminin artırılması, “AzInTelecom” MMC ilə İran TİC şirkətlərinin tranzit-texniki imkanlarından qarşılıqlı istifadə edilməsi üzrə ikitərəfli görüşlər keçirib. Eyni zamanda, İranda fəaliyyət göstərən startaplar üçün də “Fast Track” Akselerasiya Proqramının təşkil olunması müzakirə olunub. İnnovasiyalar Agentliyi və ölkəmizin innovasiya ekosistemi barədə təqdimat edilib. Azərbaycan nümayəndə heyəti İran Rəqəmsal İqtisadiyyat Forumunda da iştirak edib.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rusiyada səfərdədir

14-08-2019
Azərbaycan və İran peyk layihəsi ilə bağlı müzakirələr aparır

Azərbaycan və İran peyk layihəsi ilə bağlı müzakirələr aparır

22-07-2019
İranla İKT sahələrində müzakirələr olunub

İranla İKT sahələrində müzakirələr olunub

31-07-2018
Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019
İranla əməkdaşlıq imkanları müzakirə edilib

İranla əməkdaşlıq imkanları müzakirə edilib

06-08-2015
İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

05-11-2018
Azərbaycanda ilk dəfə: Nazir spiker kimi çıxış edəcək

Azərbaycanda ilk dəfə: Nazir spiker kimi çıxış edəcək

23-11-2018
Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020
Nazir Ramin Quluzadə ikitərəfli görüşlər keçirib

Nazir Ramin Quluzadə ikitərəfli görüşlər keçirib

04-12-2019
Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12-11-2019
Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Rusiya arasında İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

27-11-2018
Nazirlər arasında saziş imzalanıb

Nazirlər arasında saziş imzalanıb

17-07-2019
Nazir Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb

Nazir Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb

14-09-2020
Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019
Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019
Ölkəmiz  beynəlxalq  İKT sərgi-forumunda təmsil olunub

Ölkəmiz beynəlxalq İKT sərgi-forumunda təmsil olunub

20-04-2016
Ramin Quluzadə  İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016
Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019
Nazir iranlı həmkarı ilə görüşüb

Nazir iranlı həmkarı ilə görüşüb

02-08-2016
Əli Abbasov İrana niyə gedir?

Əli Abbasov İrana niyə gedir?

17-02-2015
Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

Azərbaycan İran ilə nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

24-02-2026
Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

02-04-2019
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Moskvada bir sıra görüşlər keçirib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Moskvada bir sıra görüşlər keçirib

19-05-2021
Rusiya ilə İKT  sahəsində əməkdaşlıq müzakirə edilib

Rusiya ilə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

24-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə