Oktyabrın 27-də Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək”Layihəsi çərçivəsində Treninqlərin növbəti mərhələsi başlanıb.Treninqlərdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edir.
Layihənin rəhbəri Osman Gündüz Layihə haqqında və Layihə çərçivəsində keçiriləcək məşğələlərin mövzuları və Trenerlər haqqında Jurnalistlərə məlumat verib. Layihə çərçivəsində artıq 30 jurnalistin bu cür Treninqləri başa vurduğu bildirilib. O, Layihənin əsas məqsədinin jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya Cəmiyyətinin tələblərinə cavab verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini müasir tələblər baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi verməkdən ibarət olduğunu qeyd edib.
İlk məşğələmin mövzusu “Elekron xidmətlər. Online ödəmə. Elektron sorğular. Elektron ticarət. Elektron formada alqı-satqı əməliyyatlarının icrası. İnternet bankinq “ haqqında olub . Silverkey şirkətinin rəhbəri Fərid İsmayılzadənin mövzu ilə bağlı təqdimatı olub. Treninq iştirakçılarını maraqlandıran çoxsaylı suallar nəzərə alınmaqla mövzu ətrafında praktiki nümunələr təqdim olunub.
Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə bağlı bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.
Layihə çərçivəsində İKT ilə bağlı Jurnalistlər üçün metodiki vəsaitin hazırlanması və İnformasiya Cəmiyyətində medianın rolu ilə bağlı ictimai diskussiyaların təşkili də nəzərdə tutulub.
Layihə İREX Media təşkilatı tərəfindən dəstəklənib.
Geniş məlumat :
www.cit.az