“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsinin Treninqləri başa çatıb

03-11-2008 / 13:54
Multimedia Mərkəzi tərəfindən  həyata keçirilən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına  dəstək”Layihəsi çərçivəsində keçirilən Treninqlər başa çatıb.
Treninqlərdə   müxtəlif KİV-lərdə  çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.
Sonuncu Treninqdə Ekspert Emin Hüseynov   “Kompüterlərdə və internetdə təhlükəsizlik. Viruslar və antiviruslar. Antivirusun yeniləşdirilməsi. Viruslardan və haker hücumlarından müdafiə üsulları. Spamlarla mübarizə. Antişpion proqramlardan istifadə “ mövzusunda   təqdimatla çıxış edib. Mövzu ətrafında praktiki nümunələr təqdim olunub. Treninq iştirakçılarını  maraqlandıran suallara aydınlıq gətirilib.
Ötən müddət  ərzində Layihə çərçivəsində 60-dək Jurnalist Treninqlərdə iştirak edib. Treninqləri uğurla  başa  vuran  Jurnalistlərə Sertifikatlar təqdim olunacaq.  
Layihə çərçivəsində  İKT ilə bağlı Jurnalistlər üçün  metodiki vəsaitin hazırlanması və İnformasiya  Cəmiyyətində medianın rolu ilə  bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.
Layihənin əsas məqsədi jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya  Cəmiyyətinin  tələblərinə  cavab  verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini  müasir  tələblər  baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi göstərməkdən ibarətdir.
Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.
Geniş məlumat : www.cit.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə