KOBİA və “Albayrak” arasında əməkdaşlıq imkanları müzakirə olunub

12-07-2023 / 23:43

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)və Türkiyənin “Albayrak” Şirkətlər Qrupu arasında keçirilən görüşdə şirkətin ölkəmizdə icra edilən və yeni layihələrinə, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Xeberler.az məlumat verir ki, bu barədə KOBİA məlumat yayıb.

İstanbulda səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "Albayrak” Şirkətlər Qrupunun İdarə Heyətinin üzvü Mustafa Albayrakla görüşüb.

Görüşdə şirkətin ölkəmizdə icra edilən və yeni layihələrinə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Albayrak” Şirkətlər Qrupu tikinti, daşınmaz əmlak, sənaye, logistika, media, turizm kimi 20-dən çox sektorda fəaliyyət göstərir. Şirkətlər qrupuna 80-ə yaxın şirkət və marka daxildir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə