Lenovodan yeni il üçün xüsusi netbook kampaniyası

04-12-2008 / 17:31

   Yeni il üçün təşkil edilən xüsusi kampaniyalar geniş vüsət alıb.Bu kampaniyalardan biri də Lenovonun netbook kampaniyasıdir...


   Lenovo S9un qara və ağ olmaq üzrə iki fərqli rəng variantı var.
Dünyanın ən böyük kompüter istehsalçılarından Lenovo yeni ilə xüsusi hazırladığı yeni il kampaniyasında netbook modeli S9u, 399 Dollar  qiyməti ilə istehlakçısıyla görüşdürür.

   Sevdikləriniz üçün bənzərsiz bir yeni il hədiyyəsi alternativi axtarırsınızsa, Lenovo S9 bu istəyinizi tam mənasıyla qarşılayacaq. Ağ və qara olmaq üzrə 2 fərqli rəng variantı olan S9, Lenovonun digər modellərində olduğu kimi qəşəng və təəccüblü bir dizayna sahibdir. Funksionallıq, mobilidə və texnologiyanı bir yerdə təqdim edən dizüstü kompüter, 8.9 düym böyüklüyündə ekranı və 1.1 kq ağırlığıyla da olduqca heyrətləndiricidir.

   1.6GHzlik İntel Atom prosessoru, 160 GB hard diski və 1GB Ramı olan S9 gün içərisində istifadə etdiyiniz proqramları rahatca işlədə bilmənizə icazə verir. Kiçik ölçülərdə olmasına baxmayaraq  Lenovo S9, sanki çantanızın içinə sığan bir multimedya mərkəzi funksiyası yerinə yetirir. Lenovo S9,  kabelsiz ünsiyyət üçün Wi-Fi - Bluetooth dəstəyi kimi xidmətləri də təqdim edir.

 

 

 

 

 

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə