Hər iki üzü ekran olan Yotaphone yeni ildən öncə satışa çıxarılacaq

14-11-2013 / 16:04
Rusiyanın ağıllı telefon istehsalçısı Yota hər iki üzündə ekran olan ağıllı telefonu YotaPhoneni bazara çıxarmağa hazırlaşır. Yeni il əvvəlinə qədər beynəlxalq bazarlarda yerini alması gözlənilən cihaz , həm qabaqda , həm də arxada ekrana sahib olmasıyla istehlakçıların diqqətini çəkir.

 Alışdığımız telefonlardan fərqlənən telefon olan YotaPhone , ön tərəfində 4.3 düym böyüklüyündə və 720 x 1280 piksel həllolma dəqiqliyində LCD ekrana, arxa səthində isə yenə 4.3 düymlük, ancaq 200 ppi dəyərində E Ink adı verilən xüsusi ekrana sahibdir. Gücünü 1.5 GHz saat sürətində işləyən cüt nüvəli prosessordan alan cihaz , 2 GB RAM və 32 GB daxili yaddaşa malikdir. 
Ardıcıl istehsal üçün Sinqapur mərkəzli Hi -P ilə çalışan Rusiya şirkəti telefonu , qara , ağ və boz olmaq üzrə üç fərqli rəngdə təqdim edir. Cüt ekranlı cihazın qiyməti isə hələ bilinmir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə