Previous Next
Bağla

Lenovo Azərbaycanda smartfon satacaq

02-11-2015 13:14
Lenovo Azərbaycanda  smartfon satacaq

Lenovo şirkəti   ötən ilin oktyabrın 30-da Google-dan Motorola Mobility-ni  2.9 milyard dollara  satın aldı.

Daha sonra Lenovo şirkəti azalan satışlara cavab olaraq bu ilin avqust ayında şirkətin mobil telefon istehsalı ilə məşğul olacağını açıqladı.

Şirkət elan etmişdi ki,  Lenovo  mobil  satışı  Motorola ilə birləşdiriləcək və mobil telefon istehsalı  Motorola tərəfindən icra ediləcək.

Məlumat verdiyimiz kimi, bu ilin iyun ayından artıq Lenovo-nın Azərbaycanda rəsmi  nümayəndiliyi açıldı.

Xeberler.az-ın əldə etdiyi məlumata görə, şirkət Azərbaycan bazarında smartfonların satışına başlayır. Belə ki, artıq cari ilin noyabr ayından etibarən Lenovo-nın smartfon telefonları Azərbaycan bazarında satışa çıxarılacaq.

Murad Məmmədzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə