“Microsoft Azerbaijan” şirkəti növbəti “İnnovasiya günü”nü keçirib

06-03-2013 / 18:05
"Microsoft Azerbaijan" - şirkət tərəfindən işlənib hazırlanmış son yeniliklərə həsr edilən növbəti illik tədbirini - "İnnovasiya günü"nü keçirib.
Yeni məhsulların texniki imkanları və üstünlükləri barədə məlumat verilən tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq İT şirkətləri tərəfindən öz məhsullarının yerli ictimaiyyətə tanıdılması üçün bu kimi toplantıların keçirilməsinin vacibliyindən və əhəmiyyətindən danışıb.
Azərbaycanda "İKT ili"nin elan edilməsini da xatırladan nazir müavini bununla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, o cümlədən İKT sahəsində çalışan şirkətlər qarşısında qoyulan vəzifələrin daha da artdığını vurğulayıb:
"Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi dövlət tərəfindən bu sahəyə çox yüksək diqqətin göstəricisidir". İKT sahəsinin inkişafı ilə bağlı ardıcıl fərman və sərəncamların verildiyini də qeyd edən E.Vəlizadə hazırda "Evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulmasına başlandığını və bu layihənin ölkə əhalisinin internet xidmətlərindən istifadəsi üçün daha geniş imkanlar yaradacağından da danışıb.
"Microsoft Azerbaijan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov da şirkətin builki qlobal tədbirinin məhz "İKT ili"nə həsr olunduğunu vurğulayıb.
Daha sonra "Microsoft Russia" şirkətinin texnologiyalar üzrə məsləhətçisi Maksim Boçarov istifadəçilər üçün nəzərdə tutulmuş "Windows 8" və "New Office" məhsulları, onlardan korporativ mühit və "bulud" texnologiyalarında istifadə üsullarından bəhs edib. Onun sözlərinə görə, "Microsoft"un yeni məhsulları insana çevik olmağa şərait yaradaraq, hər bir məkanda, hər bir qurğudan istifadə etmək imkanı yaradır.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.