Nintendoda Disney Land

12-11-2008 / 10:00

2005-ci ildən bu yana dünyanın ən böyük oyun yaradıcı şirkətlərindən biri olan Nintendonun tək rəsmi distebyuteri olan Nortec Eurasia, sektorun liderlərindən SEGA və Disney Interactive Studios markalarını da istehlakçıyla görüşdürəcək.

Disney və Sega əməkdaşlıq sayəsində Mario ®, Game&Watch®, Donkey Kong, Qəmə Boy®, The Legend of Zelda® və Pokémon® kimi klassiklərin yanında Disneyin sevimli personajları da oyunsevərlərlə görüşəcək.

Oyunlar Winnie the Pooh, Donald Duck, Mickey Mouse kimi bütün klassik Disney qəhrəmanları ilə rənglənəcək. Pixar və Buena Vista tərəfindən yaradılan Pirates of the Caribbean, Bolt, Chicken Little filmlərinin unudulmaz personajları da Disney oyunlarında həyat tapacaq.

Nortec Eurasia, Ubisoft, THQ, Square Enix, Rising Star kimi dünyanın qabaqda gələn oyun firmalarının ardından Disney və Seganı da istehlakçıyla görüşdürəcək. Sonic the Hedgehog, Bleach, Samba da Amigo kimi məhsulları tərkibində saxlayan və oyun dünyasının ən böyük firmalarından biri olan Sega, Nintendo platformasındakı oyunlar ilə əyləncəni yenidən təmin edəcək.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.