“Microsoft” şirkəti yeni proqramlarının Azərbaycan dilinə lokallaşdırılması üzrə işlərə başlayıb

14-03-2014 / 09:11
“Microsoft Azerbaijan” şirkəti Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft”un əməliyyat sistemlərinin və ofis paketlərinin növbəti versiyalarının Azərbaycan dilinə lokallaşdırılması ilə bağlı danışıqlar aparır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Microsoft Azerbaijan”ın texnologiyalar üzrə məsləhətçisi Qaçay Mirzəyev  bildirib ki, hazırda artıq “Microsoft” əməliyyat sisteminin və ofis paketinin yeni versiyalarının Azərbaycan dilinə lokallaşdırılması üzrə işlərə başlanılıb.
 
“Yeni versiyaların lokallaşdırılması üzrə işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə aparılacaq”,- deyə o bildirib.
 
Q. Mirzəyevin sözlərinə əsasən, Azərbaycanda son zamanlar “Microsoft”un lisenziyalı proqramlarının satış həcmləri əhəmiyyətli dərəcədə artıb. Şirkət buna, qurğularda öncədən quraşdırılmış və avtomatik işə salınan lisenziyalı “Microsoft 8.1” əməliyyat sistemlərinin tətbiqi nəticəsində nail olub. (ICTnews)

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.