Previous Next
Bağla

BakuTel 2009 Beynəlxalq Sərgi və Konfransı davam edir

05-11-2009 19:09
 BakuTel 2009  Beynəlxalq Sərgi və Konfransı davam edir

Bu günlərdə Bakıda keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2009 Sərgisi və Konfransının iştirakçıları informasiya texnologiyaları sahəsində özlərinin maraqlı yeniliklərini nümayiş etdirir.

Rabitə və informasiya texnologiyaları nazirliyinin rəsmi veb resursunun məlumatına əsasən, BakuTel 2009-da müasir kommunikasiya texnologiyalarının geniş tətbiq olunması prioritet sayılan milli layihələrin reallaşmasının səmərəliliyini, bütün ölkə ərazisində əhali üçün sosial xidmətlərin keyfiyyətini və əldə olunmasını artırmağa imkan verir. Sərgiyə gələn qonaqlar ölkənin rabitə bazarına yaxın gələcəkdə daxil olacaq yeniliklərlə ətraflı şəkildə tanış olur, eləcə də yüksək texnoloji həll variantlarının, rabitə bazarında əldə edilə bilən ən yeni texnologiyaların və fəaliyyətdə olan xidmətlərin şahidi olur.
Azərbaycanın mobil rabitə operatorları Azercell Telecom və Azerfon şirkətləri 3G - üçüncü nəsil mobil rabitə texnologiyalarını və 3G-nin istifadəçilər üçün yaratdığı tamamilə yeni və maraqlı  imkanları təqdim ediblər.

Sərgidə "Dilmanc" layihəsi çərçivəsində hazırlanmış ilk telefon-tərcüməçi sistemi böyük marağa səbəb olub. Dilmanc qrupu tərəfindən yaradılmış bu yeni texnologiya sayəsində telefon danışıqlarının avtomatik tərcüməsini həyata keçirmək mümkündür. Sistem Azərbaycan-İngilis və İngilis-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcüməni həyata keçirir. Hazırda sistem işlənib hazırlanma mərhələsindədir və kommersiya tətbiqi üçün hələ hazır deyil.

Azərbaycan hökuməti tərəfindən son zamanlar ölkədə kosmik sənayenin yaradılması və müvafiq olaraq milli telekommunikasiya peyklərinin orbitə çıxarılması istiqamətində görülən işlər də BakuTel 2009-da öz əksini tapıb. Belə ki, Azərbaycanın milli peykinin yaradılması və orbitə buraxılması üzrə tenderdə qalib gəlmiş “Orbital” şirkəti 2011-ci ilin dekabr ayında orbitə buraxılması planlaşdırılan milli peykin təsdiq olunmuş maketini təqdim edib.

Tədbirdə diqqət cəlb edən stendlərdən biri də Microsoft şirkətinin təqdimatı olub. Microsoft  Windows 7 yeni əməliyyat sistemini təqdim edib. Hazırda yeni əməliyyat sisteminin Azərbaycan dilinə lokallaşdırılması istiqamətində işlər aparılır.

Azərbaycanın Ultra şirkətinin stendində “Nexus” noutbukların yeni modelləri, eləcə də “Elektron-imza”, “Elektron-sənəd” kimi əhəmiyyətli sosial layihələr təqdim olunub.

BakuTel 2009-da həmçinin böyük maraq doğuran təqdimatlardan biri də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsi olub. Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.

Azərbaycanın ilkin provayderi olan Delta Telekom regionda ilk dəfə mobil genişzolağlı WiMAX şəbəkəsinin tətbiqini nümayiş etdirib. Bu texnologiya 100 km/s sürətlə hərəkət edən avtomobil və ya başqa nəqliyyat vasitəsində 10MB/s sürətlə internete qoşulmaq imkanı verir.  

“Nard Integrated Technologies” şirkətinin geniş ekspozisiyası “Ağıllı Ev” (“Smart Home”, “Home Automation”) texnologiyalarına həsr olunub.

Ümumiyyətlə sərgidə telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, tele-radio-yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, e-biznes və e-hökumət sistemləri. Wi-Fi və digər simsiz rabitə texnologiyalarının İnternetə çıxışı geniş təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Prezidenti BakuTel 2009 Sərgisində olub

04-11-2009

Bakutel 2009 yubiley sərgisində İKT bazarının bir sıra yenilikləri təqdim olunacaq

02-11-2009

Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

04-11-2009

ASB “Xalq kompüteri” layihəsinə maliyyə dəstəyi təqdim edib

13-06-2010

“Xalq kompüteri” pilot layihəsinin nəticələri açıqlanıb

17-11-2009

Azercell Telecom “Xalq kompüteri” layihəsinə qoşulub

14-07-2010

Microsoft şirkəti “Bakutel 2011” sərgisinin baş sponsorudur

22-11-2011

Bakıda “BakuTel-2010” sərgisi açıldı

24-11-2010

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008

ULTRA “Xalq kompüteri” layihəsinə dəstək verəcək

25-06-2010

Naxçıvanda “Xalq Kompüteri” layihəsinin tətbiqinə başlanılıb

09-07-2010

Microsoft BakuTel-2009-da Windows 7-nin Azərbaycan dillində versiyasını təqdim edib

04-11-2009

“Azerfon” ən innovativ mobil texnologiyalar nümayiş etdirib

25-11-2010

Azerfon “Bakutel-2010” sərgisində ən innovativ mobil texnologiyalar nümayiş etdirdi

25-11-2010

Bakıda “Telekommunikasiya və informasiya texnologiyaları” konfransı keçirilib

05-11-2009

İsveçrədə Azərbaycan pavilyonunda ilk telefon tərcüməçi sistemi nümayiş etdirilib

05-10-2009

Azərbaycan Turkmentel 2009 beynəlxalq İT sərgisində təmsil olunur

17-09-2009

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012

«Xalq Kompüteri» layihəsi növbəti mərhələdə

30-12-2009

“Xalq kompüteri” layihəsinə start verildi

11-04-2009

“Bakutel-2013” sərgisində “Teleradio” İB-nin stendi yeni texnologiyaların nümayişi ilə təmsil olunacaq

22-11-2013

Milli peykin orbitə buraxılması reallaşır

01-08-2008

“Microsoft” Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib

25-12-2010

“Azərbaycanda 9,1 milyon mobil abunəçi var”

06-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə