Mobil operatorlar istehlakçı uğrunda necə mübarizə aparır?

26-03-2012 / 03:06
Bu  ilin əvvəlindən Azərbaycanın 3 mobil rabitə operatoru müxtəlif kampaniya və bonusların köməyi ilə istehlakçılar uğrunda fəal mübarizə aparırlar. 
 
Xəbərlər-in verdiyi məlumata görə, Azercell Telecom daha çox reklam aktivliyi göstərir. Amma kimin abonentlərinin real uduşda olduğunu demək çətindir. Hər necə olursa-olsun, rəqabətli mübarizə nəticəsində xidmət qiymətinin azalması tendensiyası görünür. 
 
Azercell Telecom şirkəti fevraldan “Pulsuz danışıq günü” kampaniyası keçirir, onun gedişində abunəçilər 7 gündən birində pulsuz danışa biləcəklər. "İstirahət günü MMS" kampaniyası fevralın 17-dən aprelin 17-ə kimi keçirilib və Azercell-in faktura xəttinin bütün abunəçilərini əhatə edir. O, şəbəkə daxilində hər həftənin şənbə və bazar günləri bir MMS-i 0.02 AZN-a (bir MMS-in qiyməti 0.10 AZN) göndərmək imkanı verir. 
 
Fevralın 17-dən MiFi «MiFi al, 5 GB pulsuz mobil Internet əldə et!» kampaniyası keçirir. Kampaniya çərçivəsində MiFi qurğusu alan abunəçilər cari və növbəti faktura müddətində 5 GB pulsuz mobil İnternet əldə edirlər. 
 
ITC Group mağazalar şəbəkəsində Nokia Lumia telefonu əldə etmək istəyən abunəçilər martın 2-dən pulsuz mobil İnternet trafik əldə edirlər: faktuta xətti abunəçiləri üçün 1 GB mobil İnternet trafiki (3 faktura müddətində hər faktura dövrü üçün); SimSim abunəçiləri üçün 3 GB mobil İnternet trafiki (90 gün).
 
Bundan başqa, Samsung (Wave 525, S5360, Wave Young, Galaxy 5660, B 5510, Galaxy Ace) telefonu almaq istəyənlər Azercell Ekspres ofisi və World Telecom və ya TELEFON şəbəkəsində pul ödəyib faktik olaraq onu pulsuz əldə edirlər. Çünki telefonun qiyməti Azercell-in seçilən nömrəsinin balansına yüklənir. 
 
SimSim tarifi abunəçiləri «Al, iç, danış!» kampaniyası çərçivəsində martın 6-dan 1 mart 2013-cü ilə kimi Natakhtari limonadı alıb telefonun unikal kodunu 9010 nömrəsinə göndərərək, 2 dəqiqə danışıq vaxtı alırlar. 
 
Azercell Azersun Holding-lə birgə martın 15-dən mayın 12-ə kimi "Final çaydan yaz payı" kampaniyası keçirir. Kampaniya çərçivəsində abunəçilər hədiyyə olaraq pulsuz danışıq dəqiqələri alırlar. Bunun üçün abunəçilər Azersun Holding (Final Best Blend, Pekoe, Earl Grey, Super Te) məhsulları almalıdırlar. Çay qutularında abunəçilər kod olan kuponlar əldə edir. Kodu 9119 nömrəsinə göndərib, malın çəkisindən asılı olaraq pulsuz dəqiqələr əldə edirlər. 100 qramlıq çay alan Azercell-dən 2 dəqiqə, 250 qram alan 5 dəqiqə, 500 qram alan 12 dəqiqə danışıq imkanı qazanır. 
 
Dövlət strukturlarında işləyən Azercell abunəçiləri («Dövlətcell-lilər» tarif paketi) 7 fevraldan hər ay bonus dəqiqələri alır. Kampaniyanın şərtlərinə əsasən, abunəçilər hər istifadə edilən əlavə nömrə üçün 3 saat şəbəkədaxili bonus əldə edirlər. Kampaniya zamanı 2 nömrə işlədənlər onların hərəsi üçün 1 saat, 3 nömrədən istifadə edənlər hərəsi üçün 2 saat, 4 nömrədən istifadə edənlər hərəsi üçün 3 saat bonus vaxtı əldə edirlər. 
 
Mediacell abunəçiləri də diqqətdən kənarda qalmayıb. Martın 2-dən bütün Mediacell abunəçiləri pulsuz 1Gb paketdən istifadə edə bilərlər. 
 
Bakcell şirkəti yanvarın 25-dən Klass abunəçilərinə gündə 1 AZN İnternetdən istifadədən sonra 1 GB İnternet trafiki verir. 
 
Klass professional tarifi abunəçilərinə gəlincə, onun ayda 50 MB İnternet bonusu 250 MB-a artırılıb. 
 
CINeration tarifi abunəçiləri (gənclər) üçün Baksell 7 martdan "Hər ikinci dəqiqə pulsuz" kampaniyasına başlayıb. Bu tarifin abunəçiləri 1 danışıq dəqiqəsinin pulunu ödəyib lokal nömrələrə ikinci pulsuz danışıq dəqiqəsi (təqvim ayının sonuna kimi) əldə edirlər. Beləliklə, 2 dəqiqə danışan CINeration abunəçiləri başqa CINeration abunəçiləri ilə 1 dəqiqəyə 1 qəpik, istənilən Bakcell abunəçisi ilə 1 dəqiqəyə 4 qəpik, başqa operatorların abunəçiləri və şəhər nömrələri ilə danışığa görə 6 qəpik ödəyirlər. Nar Mobile şirkəti fevralın 8-də abunəçilərinə yeni mobil İnternet tarif paketləri təqdim edir. Bu gündən abunəçilər 1 gün 1 həftə 1 aylıq limitsiz internet tarif paketindən istifadə edirlər. Bir günlük paket (24 saat) 2 manat, həftəlik 10 manat, aylıq 20 manatdır. Əvvəllər abunəçilər internetə 1 MB üçün 0,2 manat ödəyirdilər. 
 
Operator həmçinin Turbo tarif paketinə dəyişiklik edib. Turbo 9 və Turbo 19 paketi avtomatik olaraq Turbo 6 ilə əvəzlənir. Bu, abunəçilərə imkan verir ki, az xərclə İnternetdən çox istifadə etsinlər. Turbo 6-nın qiyməti 6 manatdır (30 gündə 1000 Mbit/s).Nar Mobile 14 martda Novruz bayramı ilə bağlı "Xoş gəlmisən" kampaniyasını uzadıb. Kampaniya çərçivəsində ilk 6 ayda bütün yeni Nar Mobile abunəçilərinə istənilən istiqamətdə pulsuz 30 dəqiqə pulsuz zəng imkanı verilir. İndi abunəçilər bu xidmətdən 12 ay istifadə edəcəklər. Bundan başqa, bu kampaniya videozənglərə də şamil edilir.
 
 
Xeberler.az
 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.