Azercell bölgələrdə limitsiz danışıq kampaniyasına başlayıb

16-06-2016 / 13:35

Azercell  bölgələrdə yaşayan abunəçiləri üçün yeni və sərfəli kampaniyaya başlayıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, “Bölgələrdə limitsiz danış” kampaniyası ilə indi SimSim abunəçiləri bölgələrdə günlük limitsiz danışıq paketini cəmi gündəlik olaraq 0.25 AZN müqabilində əldə edə bilə. 

Azercell-in “Bölgə” tarifinə qoşulmuş abunəçilərinə təqdim etdiyi bu sərfəli kampaniyadan yararlanmaq üçün sadəcə 2323 nömrəsinə START SMS-ni göndərmək lazımdır. Günlük limitsiz danışıq paketi sifariş olunan günün sonuna qədər istifadə edilə bilər. Qeyd edək ki, kampaniya yalnız Azərbaycanın rayonlarında keçərlidi. Bakı və Abşeron yarımadası ərazisində edilən zənglər kampaniyaya daxil deyil. 

 “Bölgələrdə Limitsiz danış” kampaniyası ilə Azercell 2012-ci ilin martında başladığı regionlarda mobil rabitənin inkişaf strategiyasını davam etdirir.

Artıq bir neçə ildir ki, Azercell -in bölgələrdə yaşayan abunəçiləri üçün sərfəli Bölgə tarifi mövcuddur. Belə ki, həmin abunəçilər Bölgə tarifinə qoşulmaqla şəbəkədaxili zənglərdə 3-cü dəqiqədən sonra pulsuz danışıq imkanı əldə edirlər. 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə