Azercell Novruz bayramı münasibətilə SimSim və eləcə də, Fakturalı Xətt abunəçiləri üçün çox sərfəli şərtlərlə daha 2 yeni kampaniyaya başlayır.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bayram ərəfəsində SimSim abunəçiləri üçün ilk dəfə olaraq faizsiz kredit şərtləri ilə Samsung J1 Ace mobil telefonu abunəçilərə təqdim olunur.
Kampaniya çərçivəsində Kombo 8 və ya Kombo 16 tariflərindən birinə qoşulmaqla abunəçilər Samsung J1 Ace modelli smartfona daha sərfəli şərtlərlə sahib ola bilərlər. Belə ki, abunəçilər Kombo 8 tarif paketinə qoşulmaqla 18 ay müddətində cəmi 19 AZN, Kombo16 tarif paketində isə cəmi 27 AZN ödəniş etməklə Samsung J1 Ace mobil telefonunu əldə etmək imkanı qazanırlar. Martın 16-dan etibarən Azercell diler şəbəkələrinə və eləcə də, Azercell Ekspres ofislərinə müraciət etməklə abunəçilər bu kampaniyadan yararlana bilər.
Azercell bütün abunəçiləri üçün də çox sərfəli bir kampaniya təqdim edir. Belə ki, 18 mart-18 aprel tarixlərində Samsung S7 mobil telefonu əldə edən abunəçilər növbəti 6 ay ərzində Azercell-dən 5GB mobil internet hədiyyə qazanacaqlar. Bonusu aktiv etmək ucun 5 yazıb 2525-ə göndərmək və ya telefonun ekranında *100*5#YES yığmaq lazimdir. Kampaniya Azercell Diler şəbəkələrində və eləcə də bütün Azercell Ekspres ofislərində keçərlidir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri