Rəqəmsal kanallarla müştəri xidmətlərini abunəçiləri üçün daha rahat və əlçatan edən “Nar+” tətbiqindən istifadə edənlərin sayında xüsusi artım qeydə alınb. Gündəlik olaraq tətbiqdən yararlananların sayında 127% artım müşahidə olunub. Hesaba rəqəmsal nəzarət imkanı verən “Nar+” tətbiqinin yüklənmə sayı artıq yarım milyonu ötüb.
Xidmətdən istifadə edənlərin sayına görə paytaxt Bakı 60%-lik göstərici ilə ilk sıradadır. 2-ci yerdə isə Sumqayıtda yaşayan abunəçilər dayanır.
Qeyd edək ki, müştəriyönümlü strategiyanın bir hissəsi olan “Nar+” tətbiqi abunəçilərə Çağrı Mərkəzlərinə müraciət etmədən bir çox mühüm əməliyyatları yerinə yetirməyə imkan verir. Tətbiq vasitəsilə bir neçə saniyə ərzində yeni internet paketini sifariş etmək, tariflər haqqında məlumat əldə edib, ən uyğun tarifə qoşulmaq, mövcud tarifi dəyişmək, hesab üzrə izahlı qaimə əldə etmək, eyni zamanda vahid platforma üzərindən 5-dək hesaba nəzarət etmək mümkündür. Statistikaya əsasən, abunəçilərin “Nar+” tətbiqində ən çox müraciət etdiyi funksiyalar balans və bonusların yoxlanması, internet paketlərinin sifarişi, yeni tarifin aktivizasiyası və ya dəyişdirilməsidir.
“Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında
daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə edə bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri