Müasir dövrdə elmi biliklərin, xüsusilə rəqəmsal texnologiyalar və süni intellekt sahəsində əldə olunan nailiyyətlərin geniş ictimaiyyət arasında yayılması və əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə ölkəmizdə həyata keçirilən rəqəmsal siyasətin əsas istiqamətlərindən biri də İKT biliklərinin təbliği və populyarlaşdırılması, qabaqcıl texnologiyaların, bilik və təcrübənin Azərbaycana transferi və cəmiyyətin rəqəmsal savadlılığının yüksəldilməsinə töhfə verilməsidir. Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu da müasir çağırışları və yeni reallıqları nəzərə alaraq qeyd olunan istiqamətlərdə fəaliyyətin gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir.
Xeberler.az bildirir ki, bu barədə institutdan məlumat verilib. İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun sosial media ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə dair məsələlər müzakirə olunub.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxışında bildirib ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində qarşıya qoyulan mühüm vəzifələrdən biri də müvafiq sahədə maarifləndirmənin gücləndirilməsi, insanlara zəruri rəqəmsal bilik və bacarıqların aşılanmasıdır.
Akademik Rasim Əliquliyevin sözlərinə görə, bu tələblərdən irəli gələn vəzifələri nəzərə almaqla, İnformasiya Texnologiyaları İnstitutu da fəaliyyətini müasir çağırışlara uyğun olaraq yenidən qurur, qabaqcıl sosial media platformalarının geniş imkanlarından istifadəyə xüsusi diqqət yetirir: “Rəqəmsal və süni intellekt texnologiyaları ilə bağlı əldə olunan yeni elmi biliklərin daha geniş ictimaiyyətə elmi-populyar üslubda çatdırılması vacib məsələlərdəndir. Bu məqsədlə mediada müntəzəm çıxışlar, sosial şəbəkə və video resurslarının imkanlarından geniş istifadə olunması böyük əhəmiyyət kəsb edir”.
Sonra Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov institutun müxtəlif sosial media platformalarında fəaliyyəti, görülən işlər, problemlər və qarşıda duran vəzifələrə dair məruzə ilə çıxış edib. O, institutun elmi fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması məqsədilə sosial media fəaliyyətinin vahid və məqsədyönlü idarəetmə modeli əsasında təşkili, müxtəlif platformalar üçün uyğun məzmun strategiyasının formalaşdırılması və digər məsələlərə dair həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Qeyd edilib ki, elmi bilik və nəticələrin yalnız akademik mühitdə deyil, həm də cəmiyyət üçün əlçatan formada təqdim olunması, təhsil prosesinə inteqrasiya edilməsi, eləcə də ölkəmizdə həyata keçirilən dövlət siyasətinə dəstək göstərilməsi elmi müəssisələrin, alim və mütəxəssislərin qarşısında duran əsas vəzifələrdəndir. Məhz bu reallıqlar İnformasiya Texnologiyaları İnstitutunun sosial media fəaliyyətinin təkmilləşdirilməsi, daha da inkişaf etdirilməsi və elmi biliklərin cəmiyyətə operativ şəkildə ötürülməsini zəruri edir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları