“Nar” tariximizin ən şanlı səhifələri olan Zəfər və Bayraq Günü münasibətilə xalqımızı təbrik edir və Zəfər Gününün üçrəngli nişanəsi olan bayrağımızın tarixindən bəhs edən “Cümhuriyyət bayrağı” kitabını nəşr edib. Bayraq günü münasibətilə çap olunan kitab Cümhuriyyət dövründən tutmuş, müzəffər ordumuzun Qarabağa bayrağımızı sancmasına qədərki tarixindən bəhs edir.
Milli mənliyimizi ifadə edən bayrağımızın müasir dövr ilə yanaşı, Cümhuriyyət və mühacirət illərinə aid mühüm fotoşəkillər və sənədlərinin də yer aldığı kitabın müəllifi məşhur araşdırmaçı-yazar Dilqəm Əhməddir.
Həmçinin, kitaba olan marağı nəzərə alaraq, “Nar”ın sosial media səhifəsində müsabiqə keçirilir: Bayrağımızın 105-ci ildönümü münasibətilə təqdim olunan suallara cavab verən sosial şəbəkə istifadəçilərinə “Nar” “Cümhuriyyət Bayrağı” kitabını hədiyyə edir.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri