Azərbaycan Mərkəzi Bankında (AMB) kriptoaktivlərlə bağlı normativ hüquqi aktların hazırlanması müzakirə edilib.
Xeberler.az AMB-yə istinadən məlumat verir ki, qurumun sədr müavini Vüsal Xəlilov "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Görüş çərçivəsində bu ilin II rübündə maliyyə texnologiyaları və ödəniş sahəsində əldə olunan nəticələr, eləcə də ekosistemdə formalaşan başlıca meyillər və gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Bununla yanaşı, kriptoaktivlər və kriptoaktiv xidməti təminatçılarının fəaliyyətini əhatə edən kompleks tənzimləmə çərçivəsinin tətbiqi, habelə bu sahədə müvafiq normativ xarakterli aktların hazırlanması istiqamətində görüləcək işlər diqqət mərkəzində olub.
Görüşdə həmçinin növbəti mərhələdə sektor üçün müəyyənləşdirilən başlıca strateji hədəflər, eləcə də fırıldaqçılıq və qeyri-qanuni əməliyyatların qarşısının alınması məqsədilə nəzarət alətlərinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları