“Nar Mobile” cəmiyyətdə kitaba olan marağı artırmaq, kitabsevərləri dəstəkləmək üçün “Ali & Nino” kitab mağazaları şəbəkəsi ilə birlikdə “Ürəklə al, çox oxu” kampaniyası keçirir.
Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, kampaniya çərçivəsində “Ali & Nino” şəbəkəsinə daxil olan mağazalardan istənilən kitabı 25%, 30% və ya 40% endirimlə əldə etmək mümkündür. Bunun üçün “S”, “M” və ya “L” “Nar Turbo” internet paketlərindən birini əldə etmək kifayətdir.
“Nar Mobile” eyni zamanda “Twitter” sosial şəbəkəsində də müsabiqə keçirmək qərarına gəlib.
İndi azərbaycanlı “Twitter” istifadəçiləri oxumaq istədikləri və ya “Nar Mobile”-ın “Ürəklə al, çox oxu” kampaniyası çərçivəsində aldıqları kitablar haqqında tvitlər yazaraq müsabiqədə iştirak edə bilərlər. Tvit yazarkən, “#NarlaOxu” heşteqindan istifadə edilməlidir, eyni zamanda, kitab haqqında tvitlə bərabər kitabın fotosunu da yükləmək olar. Müsabiqədə bütün mobil operatorların istifadəçiləri iştirak edə bilər.
Qaliblər tvitləri ən çox retvit toplamış istifadəçilər arasından seçiləcək. Müsabiqənin qalibinə “Amazon Kindle Voyage”, 2-ci yeri tutan iştirakçıya “Amazon Kindle Fire HD 7”, üçüncü yerin sahibinə isə “Amazon Paperwhite” təqdim olunacaq. “Nar Mobile” kitaba olan həvəsi artırmaq üçün daha iki nəfərə hədiyyə verməyi planlaşdırır. Belə ki, retvitlərə əsasən, 4-cü və 5-ci yerləri tutan şəxslərin hər birinə “Ali & Nino” dükanlar şəbəkəsində keçərli olan 100 manat dəyərində hədiyyə kuponu təqdim ediləcək.
Müsabiqə martın 11-dən aprelin 1-dək davam edəcək. Müsabiqədə iştirak edənlər @Nar_Mobile və @Aztwi hesabını izləməlidirlər. Tvitdə #NarlaOxu açar sözü yazılmalı və @Nar_Mobile hesabı qeyd edilməlidir. Bir iştirakçı müsabiqədə iştirak üçün istədiyi sayda tvit yaza bilər. Müsabiqə iştirakçısının müsabiqəyə həsr etdiyi tviti retvit edənlərin arasında botlar aşkar olunarsa, həmin iştirakçının retvitləri həqiqi sayılmayacaq. Müsabiqə iştirakçısı ən azı müsabiqə müddətində Azərbaycanda yaşamalıdır.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri