Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon»şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçilərinə danışıqlara ilk saniyədən 50%-dən çox endirim imkanını təqdim edib.
Şirkətdən xeberler.az-a verilən məlumata görə, «Sərfəli Bahar» adlanan bu kampaniyanın şərtlərinə əsasən, abunəçilər ölkədaxili bütün istiqamətlərə 50 dəqiqədən ibarət bonus paketini çox sərfəli qiymətə - cəmi 3 manata əldə etmək imkanı qazanıblar. Ölkədaxili bütün istiqamətlərə 50 dəqiqə şəklində bonus paketini əldə etmək üçün *737#YES şifrəsini yığmaq kifayətdir.
Bundan əlavə, bir bonus paketini sifariş etməklə abunəçilər nömrələrin «Nar Mobile» şəbəkəsindəki il dönümü günü ölkə daxili bütün istiqamətlərə zənglər üçün 50 dəqiqədən ibarət olan bonus paketini hədiyyə əldə edəcəklər. Bonuslar sifariş edildikdən dərhal sonra abunəçinin balansına yüklənir. Bonus paketlərinin sifariş sayına heç bir məhdudiyyət yoxdur.
Bu ilin aprelin 15-dək davam edəcək kampaniyada bütün öncədən ödənişli «Nar Mobile» tarif planlarının abunəçiləri iştirak edə bilərlər. Təqdim olunan 50%-lik endirim ölkə daxili dəqiqələrin orta həcminə əsasən hesablanıb.
«Sərfəli Bahar» kampaniyası haqqında əlavə məlumat almaq üçün 777 nömrəsinə zəng etmək və ya www.NarMobile.az saytına daxil olmaq kifayətdir.
Qeyd edək ki, «Azerfon» şirkəti kommersiya fəaliyyətinə 2007-ci ilin mart ayında başlayıb. «Nar Mobile» şəbəkəsi Azərbaycanın ərazisinin 80%-ni əhatə edir. Hazırda «Nar Mobile» şəbəkəsindən 1 mln-dan çox abunəçi istifadə edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri