Previous Next
Bağla

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

13-02-2026 18:33
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi “Jestdili.az” platformasının növbəti inkişaf mərhələsinə start verilib. Azərbaycanın ilk elektron jest dili lüğəti olan sayt nitq və eşitmə məhdudiyyətli şəxslərin, eləcə də onların ailə üzvləri və yaxınlarının Azərbaycan jest dilini onlayn şəkildə istənilən yerdə və vaxtda tamamilə pulsuz öyrənməsinə imkan yaradır.

Xeberler.az bildirir ki, layihənin yeni mərhələsi çərçivəsində platformaya rus və ingilis dili dəstəyinin əlavə olunması planlaşdırılır. Eyni zamanda ən çox istifadə olunan 100 sözün yerli və beynəlxalq işarət dilində versiyalarının hazırlanaraq beynəlxalq işarət dili bölməsinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan işarət dili ilə beynəlxalq işarət dilinin müqayisəsini təmin edən interaktiv modulun hazırlanması, tədris resurslarının genişləndirilməsi, eləcə də texniki xidmət və server infrastrukturunun təkmilləşdirilməsi planlaşdırılır. Qeyd edək ki, hazırda platformada 4000 sözün video tərcüməsi və gündəlik həyatda istifadə edilən 500 cümlə nümunəsi təqdim olunur.

Platformanın yenilənməsi inklüziv cəmiyyət quruculuğuna mühüm töhfə verir. Layihə eşitmə və nitq məhdudiyyətli şəxslərin sosial inteqrasiyasını gücləndirir, onların təhsil və informasiya resurslarına çıxış imkanlarını genişləndirir, eyni zamanda cəmiyyət daxilində ünsiyyət baryerlərinin aradan qaldırılmasına xidmət edir.

Qeyd edək ki, “jestdili.az” layihəsi ən uğurlu sosial təşəbbüs kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən Golden World Award mükafatına layiq görülüb. “Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı xəbərlər səhifəsindən əldə etmək olar. 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

21-01-2026

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

09-10-2025

"Nar"ın sosial layihəsi NETTY mükafatına layiq görülüb-Foto

20-12-2022

“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19-05-2025

“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı

29-05-2024

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir                     

23-09-2022

Azərbaycanda həyata keçirilən sosial layihə beynəlxalq mükafat qazanıb

14-09-2023

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

10-02-2025

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

03-12-2025

“Nar” ötən il sosial layihələrə 5 milyon manatdan çox investisiya yatırıb

10-04-2023

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

23-09-2025

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

18-03-2026

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlanıb

24-09-2021

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

05-03-2021

Nar-dan eşitmə və nitq məhdudiyyətli şəxslər üçün pulsuz video zənglər

03-12-2018

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

14-03-2023

“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib

16-05-2025

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18-05-2026

Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir

18-06-2021

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23-12-2025

"Nar"ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirib

17-03-2026

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş olub

30-04-2026

“Nar” Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub

08-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə