Previous Next
Bağla

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

09-10-2025 15:32
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə jest dilini öyrənmək üçün “JestPlus” mobil tətbiqi artıq istifadəyə verilib. Bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb. Mobil tətbiq üçün məzmunun hazırlanması və metodikanın seçilməsi isə “Karlara Dəstək” İctimai Birliyi tərəfindən icra edilib. Layihənin əsas məqsədi eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarını genişləndirmək, inklüzivliyi təşviq etmək və jest dilinin öyrənilməsini hamı üçün əlçatan etməkdir.

“JestPlus” tətbiqi jest dili üzrə sistemli öyrənmə üçün nəzərdə tutulub və istifadəçilərə lüğət funksiyasından kənara çıxaraq interaktiv dərslər, testlər və praktiki tapşırıqlar təqdim edir. Tətbiqin məzmununa 789 video, 358 jest dili sözü, 27 illüstrativ şəkil və 32 daktil animasiyası daxildir ki, bunlar da jest dilini gündəlik həyatda daha səmərəli tətbiq etməyə imkan verir.

“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslərin informasiya və təhsil imkanlarına çıxışını artırmaq “Nar”ın KSM strategiyasının əsas istiqamətlərindəndir. Bu mobil tətbiqi dəstəkləməklə biz inklüziv cəmiyyətin qurulmasına və jest dilinin ölkədə daha geniş yayılmasına töhfə veririk”.

Qeyd edək ki, “Nar” ölkəmizdə ilk dəfə vahid jestdili.az saytını ərsəyə gətirərək inklüziv cəmiyyətin qurulmasına töhfə verib və bu istiqamətdə dəstəyini jest dili tətbiqinin hazırlanması ilə davam etdirir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün uzunmüddətli sosial layihələr həyata keçirir. Operatorun dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

10-02-2025

“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

19-05-2025

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir                     

23-09-2022

"Nar"ın sosial layihəsi NETTY mükafatına layiq görülüb-Foto

20-12-2022

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

13-02-2026

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

23-09-2025

Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir

18-06-2021

“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı

29-05-2024

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

03-12-2025

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

21-01-2026

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

14-03-2023

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlanıb

24-09-2021

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır

05-03-2021

Azərbaycanda həyata keçirilən sosial layihə beynəlxalq mükafat qazanıb

14-09-2023

“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib

16-05-2025

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub

27-01-2025

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025

Nar korporativ sosial məsuliyyət layihələrini davam etdirir

26-10-2018

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı

17-04-2025

“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır

14-04-2023

“Nar” ötən il sosial layihələrə 5 milyon manatdan çox investisiya yatırıb

10-04-2023

“Nar”ın dəstəyi ilə “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutub

06-10-2025

“Nar” 2023-cü ildə də sosialyönümlü peşə təlimlərinə davam edir

18-01-2023

İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

17-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə