Naxçıvanda “Elektron sağlamlıq kartları”nın tətbiqinə başlanılıb

17-07-2009 / 14:38

Naxçıvan Muxtar Respublikasında “Elektron sağlamlıq kartları”nın tətbiqinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasından verilən məlumata görə, elektron kartlarda körpənin doğulduğu gündən keçirdiyi xəstəliklər, edilən peyvəndlər, müalicələr, müxtəlif preparatlara qarşı olan həssaslığı və başqa informasiyalar qeyd olunacaq.

İki hissəli elektron kartın birinci hissədə olan informasiyaları bütün həkimlər oxuya biləcəklər. Kartın xüsusi kodla şifrlənmiş hissəsində isə yalnız ixtisasca və sahəcə aidiyyəti olan həkimlərin xəstəliklər barədə oxuması mümkün olan məlumatlar yerləşdiriləcək.

Qeyd edək ki, ilkin mərhələdə “Elektron kartlar” yeni doğulan körpələrə veriləcək. Mərhələli şəkildə Naxçıvan MR-də yaşayan 14 yaşadək bütün uşaqlar belə kartlarla təmin olunması nəzərdə tutulur. //APA


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə