Previous Next
Bağla

Nazir Şəkidə vətəndaşların müraciətini dinləyib

07-07-2017 16:14
Nazir Şəkidə vətəndaşların müraciətini dinləyib

Bu gün Şəki şəhərində keçirilən vətəndaşlarla görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya və poçt xidmətləri, bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətləri dinləyib.

Telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edən vətəndaş müraciətlərinin əksəriyyəti yerində həllini tapıb.

Xeberler.az-ın məlumatına görə, Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı edilən müraciətlər də qeydiyyata alınaraq, həmin müraciətlərin aidiyyəti üzrə müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıq və tövsiyələr verib.

Səfər çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir Qubada vətəndaşlarla görüşüb

30-06-2017

Ramin Quluzadə Masallıda vətəndaşlarla görüşüb

14-04-2017

Ramin Quluzadə İsmayıllıda vətəndaşlarla görüşüb

06-05-2017

Nazir İmişlidə vətəndaşları qəbul edib

10-03-2017

Nazir Sumqayıtda vətəndaşları qəbul edib

27-01-2017

Nazir Göygöldə vətəndaşlarla görüşüb

31-08-2017

Nazir Şirvanda vətəndaşlarla görüşüb

10-02-2017

Nazir Göyçayda vətəndaşlarla görüşüb

13-10-2017

Nazir Tovuzda vətəndaşlarla görüşüb

08-09-2017

Nazir Tərtərdə vətəndaşları qəbul edib

12-11-2016

Nazir Neftçalada vətəndaşlarla görüşüb

09-12-2016

Nazir Yevlaxda vətəndaşlarla görüşüb

14-11-2017

Ramin Quluzadə Ağcabədidə müşavirə keçirib-Foto

28-10-2016

Nazir Qobustanda vətəndaşlarla görüşüb

30-03-2018

Ramin Quluzadə Şabranda vətəndaşları qəbul edib

05-04-2019

Nazir Qaxda vətəndaşlarla görüşüb

20-07-2018

Ramin Quluzadə Salyanda vətəndaşlarla görüşüb

15-12-2017

Ramin Quluzadə vətəndaşlarla görüşüb

26-01-2018

Nazir Saatlıda vətəndaşlarla görüşüb

23-02-2018

Nazir Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşüb

14-12-2018

Ramin Quluzadə Beyləqanda vətəndaşlarla görüşüb

24-10-2018

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qusarda vətəndaşlarla görüşüb

29-06-2018

Nazir Xızıda vətəndaşlarla görüşüb

24-01-2019

Nazirliyin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüşüb

04-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə