Previous Next
Bağla

PostPay elektron pul kisəsi istifadəyə verilib

10-07-2019 12:51
PostPay elektron pul kisəsi istifadəyə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi arasında imzalanmış “Birgə Fəaliyyət Haqqında” müqaviləyə əsasən Azərbaycanda "PostPay" adlı yeni elektron pul kisəsi istifadəyə verilib. 

Xeberler.az Report-a istinadən bidlirir ki, yeni sistemin fiziki və virtual daşıyıcılara yerləşdirilməsi, ödəniş sisteminin və istifadəçilər üçün təhlükəsizlik tədbirlərinin aparılması, həmçinin sonrakı mərhələdə texniki dəstəyin göstərilməsi məsələləri razılaşdırılıb.

“PostPay” layihəsinin “Azərpoçt”la birgə həyata keçirilməsi bu brendin əhatə dairəsinin sürətlə genişlənməsinə imkan yaradacaq. Belə ki, ölkənin bütün bölgələrində, ucqar kəndlərində mövcud olan poçt məntəqələri “PostPay”i vətəndaşlar üçün daha da əlçatan edəcək. Həmçinin, “Azərpoçt”da aparılan nağd əməliyyatların da bundan sonra “PostPay” üzərindən həyata keçiriləcəyi gözlənilir.

“Postpay” elektron pul kisəsinin "Android" sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiqi də vətəndaşların istifadəsinə verilib. Bu tətbiqi “PlayStore”dan yükləmək olar. 

“PostPay”in əsas menyusu “Balansın artırılması”, “Nağdlaşdırma”, “Pul köçürmələri”, “Ödəmələr”, “Mal və xidmətlərin dəyərinin ödənişi (dinamik QR kod)” və “Balans” bölmələrindən ibarətdir. Ondan istifadə son dərəcə sadədir. 

“PostPay” istifadəçiləri balanslarını ödəmə terminalları, bank kartları, digər elektron pul kisələri və poçt şöbələri vasitəsilə artıra bilərlər.

“PostPay”in digər elektron pul kisələrindən əsaslı fərqi poçt filialları və məntəqələrində həm balans artırma, həm də nağdlaşdırma əməliyyatlarının həyata keçirmək imkanını istifadəçilərinə təqdim etməsidir. Poçt vasitəsi ilə balansı artırmaq üçün istifadəçi “Azərpoçt”un filialına yaxınlaşmalı və əməliyyatçıya “PostPay” hesab nömrəsini təqdim etməlidir. Nağdlaşdırma etmək üçün isə istifadəçi əvvəlcə hesab nömrəsini və istədiyi məbləği əməliyyatçıya təqdim edir. Əməliyatçı proqram təminatı vasitəsi ilə hesabı yoxlayır və PİN kodu tələb edir. Təqdim edilən kod doğru olarsa əməliyyat uğurla həyata keçirilir və istifadəçiyə uğurlu əməliyyat haqqında bildiriş göndərilərək vəsait ödənilir.

“PostPay” vasitəsilə digər “PostPay” istifadəçisinə, başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, poçt şöbəsində təqdim olunan kod qarşılığında, eləcə də beynəlxalq pul köçürmə sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmələri həyata keçirmək mümkündür.

“PostPay” istifadəçiləri ödəmələr bölməsində geniş xidmətlər siyahısına malikdirlər. Belə ki, mobil operatorlara ödənişlər, komunal xidmət haqları, gömrük rüsumları və s. bir sıra bu tip ödəmələri təhlükəsiz və rahat şəkildə həyata keçirə biləcəklər.

“PostPay”, istifadəçilərinin rahatlığını, həmçinin müasir ödəmə funksiyalarından istifadəni təmin etmək məqsədilə QR kodla ödəmə imkanını da yaradır. Belə ki, mağazalarda və ya xarici internet saytlarında alış veriş edən “PostPay” istifadəçisi tətbiqdən QR kod vasitəsilə ödəmə funksiyasını seçərək ödəmələrini həyata keçirə bilər.

“PostPay” istifadəçiləri bu bölmə vasitəsilə istədikləri zaman hesab qalığı, hesabdan çıxarış, link edilmiş kartların qalığı ilə tanış ola, qruplaşdırılmış analiz çıxarışlarını əldə edə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan poçtu PostPay ödəniş sistemini inkişaf etdirəcək

28-10-2019

Expressbank yeni elektron pul kisəsini təqdim edib

08-10-2015

ExpressPay elektron pul kisəsini təqdim edib

01-09-2015

Türkiyənin ən sərfəli pul köçürmələri “Azərpoçt”da

21-04-2021

Telefon nömrəsi ilə xaricə pul köçürülməsi təkmilləşdirilir

21-08-2019

Elektron pul kisələrinə tələbat 2 dəfə yüksələcək

08-07-2019

Hesab.az-dan çoxdan gözlənilən yenilik

29-04-2019

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

SmartPay ödəniş sistemi yeni imkanlar təqdim edir

02-04-2019

Bakcell Portmanat ödəniş sisteminə qoşulub

23-04-2015

Azərpoçt və Bakcell yeni layihəyə başlayıb

17-08-2015

“Azərpoçt” Rusiyadan Azərbaycana pul köçürmələri üçün alternativ kanal təqdim edib

22-08-2022

Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu

20-11-2020

“Bline” internet provayderi “SmartPay”ə qoşuldu

16-09-2021

İlk ağıllı pul kisəsi təqdim olunub

23-07-2018

Azərpoçt-dan pulsuz danışıq dəqiqələri qazanmaq imkanı

31-08-2016

Pul transferi sosial media ilə həyata keçiriləcək

02-09-2015

AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib

08-12-2025

“SmartPay” ödəmə sisteminə 2 yeni xidmət əlavə olunub

01-06-2021

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018

İlk onlayn ödəniş şirkəti Golden Pay Mərkəzi Bankdan Elektron Pul Təşkilatı lisenziyasını əldə etdi!

30-08-2024

Daha iki internet provayderi “SmartPay”ə qoşuldu

11-08-2021

"Azercell" mobil ödəmə xidmətini fakturalı xətt abunəçiləri üçün aktivləşdirib

21-11-2020

Ailə TV ödəmə imkanlarını artırır

23-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə