Previous Next
Bağla

Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu

20-11-2020 17:20
Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu

Ölkənin lider mobil operatoru “Azercell Telekom” bütün abunəçilərinin işini asanlaşdıran “Kabinetim” tətbiqi çərçivəsində Mobil Ödəmə xidməti ilə bağlı növbəti yeniliyi təqdim edir. Belə ki, ilin əvvəlində Sim-Sim abunəçiləri üçün istifadəyə verilən Mobil Ödəmə xidməti artıq Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu.

Rəqəmsal həlləri daha da əlçatan etməyi hədəfləyən Azercell bu gunə qədər “Kabinetim” mobil tətbiqi ilə bir sıra yenilikləri abunəçilərinin ixtiyarına verib. Bunlardan biri və gələcək inkişaf baxımından xüsusilə önəmli olanı Mobil Ödəmə xidmətidir. Mobil Ödəmə xidməti nağd puldan, ödəmə kartından istifadə etmədən yalnız mobil telefon nömrəsinin balansından vacib gündəlik ödəmələri həyata keçirməyə imkan verir.

Azercell-in Mobil Ödəmə xidməti gündəlik həyatın bir çox sahələrini əhatə edir. Abunəçilər sadəcə Azercell balansı hesabına heç bir əlavə prosedurdan keçmədən kommunal (qaz, elektrik enerjisi, su, istilik) xərclərini ödəyirlər. Burada, həmçinin, internet və kabel televiziya xidmətlərinin haqqını ödəmək, eləcə də, E-İmza, stasionar telefon rabitəsi xidmətləri üçün ödəniş etmək imkanı yaradılıb. Mobil Ödəmə vasitəsilə, həm də, digər Azercell abunəçilərinin balansını artırmaq, müxtəlif əyləncəli oyunların hesabına pul yatırmaq mümkündür.

Mobil Ödəmə xidmətinin təqdim etdiyi ən son əhəmiyyətli imkanlardan biri də Azercell abunəçilərinin "Silahlı Qüvvələrə Yardım Fondu"-na birbaşa ianə etmək imkanının mümkünlüyü oldu. Eyni zamanda, bu xidmətdən istifadə etməklə qlobal cəmiyyətin mühüm problemi olan "Koronavirusla Mübarizəyə Dəstək Fondu"-na da ianə etmək olar.

Qeyd edək ki, xidmətdən istifadənin digər şərtləri ilə Azerell-in rəsmi saytı, eləcə də tətbiq vasitəsilə Mobil Ödəmə Xidmətindən istifadə qaydaları bölməsindən tanış olmaq mümkündür. Bank və mobil şəbəkələrin birləşməsindən irəli gələn yeni rəqəmsal yanaşma təklif edən Mobil Ödəmə layihəsi çərçivəsində xidmətlərin sayının genişləndirilməsi, xidmət spektrinin artırılması və digər servislərdən istifadə üçün şərait yaradılması nəzərdə tutulur. Mobil Ödəmə xidməti abunəçilərə Azercell -in "Kabinetim" mobil əlavəsinin tərkibində təqdim olunur. “Kabinetim” tətbiqi abunəçiyə öz nömrəsinə tam nəzarət etmək, nömrə ilə bağlı əməliyyatları idarə etmək, ödəmələri həyata keçirmək, Azercell tətbiqlərinə abunə olmaq imkanını yaradır. “Kabinetim”-lə balansı artırmaq, internet paketləri və rominq internet
paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək və bir çox başqa əməliyyatları rahatlıqla icra etmək olar.

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və QR skan ilə xidmətlərə qoşulmaq da mümkündür. Daim təkmilləşən və funksionallığı artırılan “Kabinetim” tətbiqini "App Store” və ya "PlayStore”dan yüklənilir. Tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Azercell" mobil ödəmə xidmətini fakturalı xətt abunəçiləri üçün aktivləşdirib

"Azercell" mobil ödəmə xidmətini fakturalı xətt abunəçiləri üçün aktivləşdirib

21-11-2020
Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edib

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edib

14-05-2020
“Kabinetim” ilə yeniliklərdən ilk sən xəbərdar ol

“Kabinetim” ilə yeniliklərdən ilk sən xəbərdar ol

11-08-2021
Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı

Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı

13-10-2020
ƏDV-ni “Kabinetim”də topla!

ƏDV-ni “Kabinetim”də topla!

17-02-2022
Azercell mobil ödəmə xidmətini istifadəyə verir

Azercell mobil ödəmə xidmətini istifadəyə verir

08-01-2020
Azercell-in Kabinetim mobil tətbiqi yenilənib

Azercell-in Kabinetim mobil tətbiqi yenilənib

23-10-2019
Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022
"Azercell" mobil tətbiqləri artıq “Kabinetim”də!

"Azercell" mobil tətbiqləri artıq “Kabinetim”də!

19-08-2020
Azercell-in Kabinetim tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

Azercell-in Kabinetim tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

09-07-2019
Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir

Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir

04-07-2022
Azercell abunəçilərinə hədiyyə balans qazandırır

Azercell abunəçilərinə hədiyyə balans qazandırır

23-09-2020
Azercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin vaxtını uzadıb

Azercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin vaxtını uzadıb

09-03-2022
Azercell-dən rəqəmsallığa doğru daha bir addım

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

18-03-2019
Azercell yeni mobil ödəniş xidmətini təqdim edib

Azercell yeni mobil ödəniş xidmətini təqdim edib

21-02-2020
"Azercell" abunəçilərə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb

"Azercell" abunəçilərə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb

24-03-2020
Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir

Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir

28-02-2022
Azercell-dən avtomatik balans artırılması imkanı

Azercell-dən avtomatik balans artırılması imkanı

05-11-2021
Azercell “Telegram Bot” xidmətini təqdim edir

Azercell “Telegram Bot” xidmətini təqdim edir

04-06-2020
Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan

Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan

09-07-2020
Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015
Azercell-in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

Azercell-in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

29-08-2020
Azercell müştərilərin sərbəst dizayn edə biləcəyi yeni rəqəmsal tarif təqdim edir!

Azercell müştərilərin sərbəst dizayn edə biləcəyi yeni rəqəmsal tarif təqdim edir!

03-10-2022
"Azercell" yeni balans köçürmə imkanlarını təqdim edib

"Azercell" yeni balans köçürmə imkanlarını təqdim edib

04-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə