Previous Next
Bağla

Hesab.az-dan çoxdan gözlənilən yenilik

29-04-2019 15:41
Hesab.az-dan çoxdan gözlənilən yenilik

Hesab.az Azərbaycanda ən böyük onlayn ödəmə portalı olaraq öz sahəsi üzrə daha bir ilkə imza atır. 

Xeberler.az  bildirir ki, müasir dövrün texnoloji yeniliklərini öz xidmətlərinə tətbiq etməklə istifadəçilərinə daha keyfiyyətli xidmət göstərməyi hədəfləyir. Onlayn ödəmə portalı olaraq ilk dəfə QR kod ilə ödəmələri həyata keçirməyə imkan verəcək. İlkin olaraq istifadəçilər QR kod ilə parkinq ödənişlərini növbədə gözləmədən, vaxt itirmədən  bir neçə saniyədə həyata keçirə biləcəklər. Hazırda bir xidmət ilə QR kod ödəmə funksiyasını istifadəçilərinə təqdim edən Hesab.az daha sonra digər xidmətlərin də ödənişlərini rahat şəkildə QR kod vasitəsiylə ödəməyə imkan yaradacaq. Belə ki, Hesab.az mobil tətbiqində  Ana səhifədə “Parkinq ödənişləri” bölməsinə daxil olaraq QR şifrəni, smartfonun kamerası ilə skan edərək istənilən bank kartı vasitəsilə anında parkinq ödənişlərini edə biləcəklər. Bank kartını yaddaşda saxlayaraq prosesi daha da asanlaşdıra bilərlər. Hesab.az vasitəsilə parkinq ödənişlərini  Gənclik Mall, 28 Mall, Port Baku Mall, Garage- da həyata keçirə bilərlər. Komissiyasız ödəniş edərkən eyni zamanda bonuslar da qazanacaqlar. Yeni kampaniya və funksional yeniliklər ilə Hesab.az istifadəçi sayını və mövcud bazarda tutduğu mövqeyini daha da genişləndirməyi şirkət strategiyası olaraq müəyyən edib.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hesab.az onlayn ödəniş sahələrini  genişləndirir

15-04-2020

Hesab.az-dan avtomobil sahiblərini sevindirəcək yenilik

09-02-2019

Hesab.az platformasında növbəti hədiyyəli kampaniya başladı

14-11-2019

Hesab.az QR kod ilə ödənişi genişləndirir!

18-07-2019

Hesab.az tezliklə istifadəçilərini sevindirəcək

17-06-2019

Hesab.az-da “Hərrac” başlayır!

04-07-2019

Hesab.az –dan növbəti Ramazan kampaniyası

07-06-2019

Hesab.az Xalq Bank ilə əməkdaşlıq edəcək

03-04-2020

Hesab.az-da başlayan hərrac başa çatıb

03-09-2019

Hesab.az Ramazan kampaniyası keçirir

07-05-2019

Hesab.az mobil tətbiqi artıq daha yeni, rahat və funksionaldır!

24-08-2021

“ƏDV Geri Al” artıq Hesab.az platformasında!

26-08-2021

Hesab.az hər zaman qazanan olmağı vəd edir

15-04-2019

Hesab.az-da Xalq Bank kartı ilə ödənişlər qazandırır

27-12-2019

Hesab.az yeni mövsümdə istifadəçilərini 2-QAT qazandıracaq

10-09-2021

Hesab.az Bakcell ilə birgə yeni kampaniyaya start verib

18-01-2019

Novruz hədiyyəniz Hesab.az-dan olacaq

19-03-2020

Hesab.az-da ödənişlər hədiyyə qazandırır

09-12-2019

Sevgililər günündə Hesab.az istifadəçiləri sevindirdi

15-02-2020

Hesab.az yeni funksiyanı istifadəçilərə təqdim edib

03-03-2020

Hesab.az -da Masterpass-la ödəniş qazandıracaq!

28-11-2019

PAŞA Bank kartlarının balansı artıq Hesab.az-da

01-09-2021

“Goldenpay“ şirkəti 14 ildir ki, vaxtınıza dəyər qatır!

15-07-2021

Hesab.az Novruz bayramı ilə bağlı kampaniya həyata keçirir

19-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə